Çağrı Mərkəzinin assistenti/mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Daxil olan zənglərin fasiləsiz və keyfiyyətli şəkildə qəbul olunmasını və cavablandırılmasını həyata keçirmək;
  • Daxil olan müraciətlər cavablandırılarkən Şirkətin elektron informasiya sistemində müvafiq qeydlər aparmaq;
  • Daxil olan zəngləri seqmentləşdirərək əlaqəli struktur vahidinə yönləndirmək;
  • Müştəri məmnuniyyətinin təmin olunması məqsədlərinə nail olmaq üçün müştərilərdən geri bildirimlər almaq.

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Ali və ya orta təhsil (ali təhsilə üstünlük verilir);
  • Azərbaycan və rus dillərində səlis danışmaq, baza ingilis dili biliyi; 
  • MS Office proqramlarında orta səviyyədə işləmək;
  • Aydın və pozitiv ünsiyyət bacarığı;
  • Dinləmək bacarığı, 
  • Stresə davamlılıq;
  • Operativlik;
  • Yeniliklərə uyğunlaşmaq;
  • Konstruktiv əlaqələr qurmaq;
  • Nəticəyə nail olmaq;
  • Məntiqi təfəkkür;
  • İntizamlılıq və tez öyrənmə bacarığı;
  • Sığorta sahəsində texniki biliklər, sığorta məhsulları və xidmətləri barədə məlumatlılıq üstünlükdür;
  • Çağrı mərkəzində iş təcrübəsi üstünlükdür.

Əmək şəraitinin şərtləri:

  • Çağrı Mərkəzinin 24/7 işi ilə bağlı olaraq növbəli iş rejimi;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək. 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 15 iyul 2022-ci il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Çağrı Mərkəzinin assistenti/mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.  

Email: [email protected]