Çağrı Mərkəzinin Rəhbəri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Çağrı mərkəzinin işini qurmaq və idarə etmək;
  • Daxil olan zənglərin fasiləsiz və keyfiyyətli şəkildə qəbul olunmasını və cavablandırılmasını təmin etmək;
  • Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;
  • Çağrı Mərkəzinin şəxsi heyətinin təlim ehtiyaclarının müəyyən olunması və təmin edilməsi üçün müvafiq fəaliyyəti həyata keçirmək;
  • Şikayətlərin idarə olunması prosesini qurmaq və inkişaf etdirmək;
  • Dəyərləndirmə və monitorinq prosesini aparmaq və təkmilləşdirmək;
  • Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatları hazırlamaq.

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Humanitar sahədə ali təhsil;
  • Çağrı mərkəzində azı 3 il iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan və Rus dili, orta ingilis dili biliyi olmalı; 
  • MS Office proqramlarında sərbəst işləməli;
  • Aydın və pozitiv ünsiyyət bacarığı;
  • İdarəetmə bacarığının olması;
  • Dürüst, punktual, diqqətli, ciddi olmalı;
  • Sənədləşmə və qeydiyyat işini sərbəst bilməlı;
  • Kollektivdə işləmək qabiliyyətli olmalı.
  • Sığorta sahəsində texniki biliklər, sığorta məhsulları və xidmətləri barədə məlumatlı olmalıdır. 

 Əmək şəraitinin şərtləri:

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək. 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 30 aprel 2022-ci il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Çağrı Mərkəzinin rəhbəri” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]