İnzibati şöbənin Ön masa təmsilçisi (resepşn)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Ofisə gələn şəxslərin qarşılanması və yönləndirilməsi;
  • Şirkətə daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə verilməsi;
  • Göndərilən sənədlərin qeydiyyatının aparılması və müvafiq ünvanlara göndərilməsi;
  • Poçt göndərişləri üzrə hesabatların hazırlanması;
  • Taksi sifarişinin həyata keçirilməsi və müvafiq qaydada hesabatının aparılması;
  • Vəzifə səlahiyyətləri çərçivəsində birbaşa rəhbərinin və İdarə Heyətinin qərarlarının və tapşırıqlarının icrası.

Tələblər:

  • Xanım;
  • Yaş həddi: 22:30 yaş;
  • Ali və ya orta ixtisas təhsili (ali təhsilə üstünlük verilir);
  • Azərbaycan və rus dillərində səlis yazılı və şifahi ünsiyyət bacarığı, baza ingilis dili biliyi arzuolunandır; 
  • MS Office proqramlarında yaxşı səviyyədə işləmək;
  • Komanda ilə işləmək bacarığı, işgüzar münasibət etikası;
  • Səliqəli xarici görünüş;
  • Qeyd olunan sahədə əmək stajının olması üstünlükdür;

Əmək şəraitinin şərtləri:

  • Əmək haqqı: 400 AZN (net);
  • İş rejimi: 5 günlük, 09:00-18:00;
  • İstirahət günü: Şənbə və Bazar;
  • İşə qəbul tam rəsmi şəkildə, əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 31 avqust 2022-ci il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Resepşn” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır. 

Email: [email protected]