İşin təsviri
Vəzifə öhdəlikləri:
- Biznes proseslərinin süni intellekt və avtomatlaşdırma potensialı baxımından təhlili və təkmilləşdirilməsi
- AI/ML və LLM (məs. LLaMA və oxşar modellər) üçün biznes tələblərinin toplanması və strukturlaşdırılması
- Biznes ehtiyaclarının AI-yönümlü funksional və texniki spesifikasiyalara çevrilməsi
- ERP və digər korporativ sistemlərdə AI əsaslı funksiyaların və modulların dizaynında iştirak
- ERP layihələrinin icrasında layihə menecerinə analitik və funksional dəstək
- Texniki komandalar, data specialist-lər və biznes tərəflərlə koordinasiyanın təmin edilməsi
- AI və ERP funksiyaları üzrə funksional testlərin və qəbul proseslərinin dəstəklənməsi
- AI həllərinin biznes uyğunluğu və keyfiyyətinin qiymətləndirilməsi
- İş proseslərinin ERP və AI həllərinə uyğun sistemdə qurulması və optimallaşdırılması
Tələblər:
- IT Biznes Analitik və ya oxşar rolda təcrübə
- Biznes proseslərinin təhlili və sənədləşdirilməsi bacarığı
- ERP və ya korporativ sistemlərlə iş təcrübəsi
- Süni intellekt və LLM-lər (LLaMA, GPT və s.) üzrə əsas anlayışlar və praktiki maraq
- Analitik düşüncə, strukturlaşdırılmış yanaşma və güclü kommunikasiya bacarıqları
Üstünlüklər:
- LLM və AI layihələrində praktiki təcrübə
- Prompt engineering və AI use-case dizaynı bilikləri
- BPM, proses avtomatlaşdırılması və data analitika təcrübəsi
Məktubun mövzusunda “IT Biznes Analitik (Süni İntellekt yönümlü)” qeyd edərək [email protected] və ya [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.