Qəbul etmə

Aşağıdakı İstifadə Şərtləri (“İstifadə Şərtləri”) sizinlə Busy.az arasında bağlanan, Busy.az və onunla əlaqədar bütün məzmunun (hamısı birlikdə “Xidmət” adlanır) tərəfinizdən istifadə edilməsini tənzimləyən hüquqi razılaşmadır.

XİDMƏTDƏN İSTİFADƏ ETMƏKLƏ İSTİFADƏ ŞƏRTLƏRİ İLƏ RAZILAŞMIŞ OLURSUNUZ; RAZI DEYİLSİNİZSƏ, XİDMƏTDƏN İSTİFADƏ ETMƏYİN.

Busy.az bu İstifadə Şərtlərinə istənilən vaxt və bizim qərarımızla düzəliş etmə hüququna malikdir. Bu düzəlişlərə razı deyilsinizsə, Xidmətdən istifadəni dayandırmalısınız. İstifadə Şərtlərinə düzəliş edildikdən sonra Xidmətdən istifadə etsəniz, yeni yaxud düzəliş edilmiş şərtləri qəbul etmiş sayılacaqsınız.

Xidmətdən İstifadə; Məhdudiyyətlər 

İstifadə Şərtlərinə əsasən, sizə Xidmətdən istifadə hüququ verilir. Xidmətdən istifadə etməyi öz təşəbbüsünüzlə seçirsiniz və Xidmətdən ancaq bu Şərtlər, hər hansı qüvvədə olan qanunlar, normativlər və ya Busy.az tərəfindən irəli sürülən əlavə siyasət və ya qaydalar çərçivəsində istifadə etməyə razılıq verirsiniz.  Xidmət və ya onun hər hansı funksiyası yaxud hissəsi bütün dillərdə və ya ölkələrdə mövcud olmaya bilər və Busy.az Xidmət və ya onun hər hansı funksiyası yaxud hissəsinin müəyyən bir yerdə mövcud olacağına zəmanət vermir.

Bunları etməməlisiniz:

(a)  Xidmət vasitəsilə təmin edilən hiperlinklər, sənədlər, hüquqi bildirişlər və ya müəllif hüquqları, əmtəə nişanları və ya hər hansı mülkiyyət hüquqlarına müdaxilə etmək, dəyişmək və ya ixtisara salmaq;

(b)  Xidmətin məzmununu yaxud məlumatlarının hər hansı bir hissəsini icazəsiz köçürmək, götürmək yaxud yenidən istismar etmək məqsədilə, habelə  Xidmətdən əldə edilən nəticələrə əsasən məlumat bazalarını yaratmaq məqsədilə istifadə etmək;

(c)  Xidmətin yaxud onun hər hansı hissəsinin törəməsini icazəsiz yaratmaq və ya onu yenidən hazırlamaq, dəyişmək və ya köçürmək;

(d)  Xidmət yaxud onun bir hissəsini parçalamaq, şifrini açmaq, əks-mühəndislik işləri aparmaq, sökmək və ya mənbə kodunu çıxarmağa çalışmaq;

(e)   Xidmət və ya hər hansı bir hissəsinin istifadə hüququnu icazəsiz  istənilən məqsədlə icarəyə, lizinqə, kreditə, sublisenziya ilə vermək, yayımlamaq, ötürmək, satmaq və ya paylamaq;

(f)   Xidmətdən Şərtləri pozaraq və ya qadağan olunmuş işlər üçün istifadə etmək, məsələn: Xidmətdən istifadə edərək kompüter virusları, troyanlar və ya digər zərərli proqramlar yoluxdurmaq və ya zorla müdaxilə edərək, şəbəkə yükünü artırmaq və ya digər şəxslərin Xidmətdən istifadəsinə mane olmaq; və ya

(g)  Xidmətdən başqa tərəflərin hüquqlarını pozacaq, onları təhlükə qarşısında qoyacaq, adına ləkə gətirəcək şəkildə sui-istifadə etmək, siz həmçinin razılaşırsınız ki, Busy.az belə istifadə hallarına görə heç bir məsuliyyət daşımır.

 

Məsuliyyətin Məhdudlaşdırılması

BUSY.AZ VƏ YAXUD ONUN LİSENZİYAÇILARI VƏ YA TƏCHİZATÇILARI XİDMƏTDƏN İSTİFADƏ, SƏHV İSTİFADƏ, ETİBAR ETMƏ, İSTİFADƏ EDƏ BİLMƏMƏ, FASİLƏ, DAYANMA VƏ YA LƏĞV EDİLMƏ, O CÜMLƏDƏN, SİSTEM SƏHVLƏRİ, ŞƏBƏKƏ HÜCUMLARI, PLANLI YAXUD PLANSIZ TƏMİR İŞLƏRİNƏ GÖRƏ FASİLƏLƏR KİMİ HALLAR SƏBƏBİNDƏN YARANAN ZƏRƏR VƏ YA İTKİYƏ GÖRƏ HEÇ BİR MƏSULİYYƏT DAŞIMIR.

Mülkiyyət Hüquqları

Siz qəbul edir və razılaşırsınız ki, Xidmət Busy.az və onun lisenziyaçıları və təchizatçılarının sahib olduğu yaxud lisenziya ilə təmin etdiyi mülkiyyətə məxsus məzmun, məlumat və material ehtiva edir və müvafiq əqli mülkiyyət və digər qanunlarla, o cümlədən müəllif hüququ, patent, əmtəə nişanı və ticarət sirri ilə qorunur və razılaşırsınız ki, mülkiyyətə məxsus belə məzmun, məlumat və materialları bu İstifadə Şərtlərini pozacaq tərzdə və Busy.az yaxud üçüncü tərəflərin əqli mülkiyyət hüquqlarını pozacaq tərzdə istifadə etməyəcəksiniz. Xidmətin heç bir hissəsi, o cümlədən hər hansı məzmunu qismən yaxud tamamən yenidən yaradıla bilməz və siz belə icazəsiz köçürmə yaxud açıqlamağa görə məsuliyyətə cəlb oluna bilərsiniz. 

Busy.az, Busy.az loqosu və Xidmətlə əlaqədar istifadə olunan digər şirkətlərə aid əmtəə nişanları, xidmət nişanları, qrafika və loqoları müvafiq şirkətlərin əmtəə nişanları və yaxud ölkələrdə qeydiyyatdan keçmiş əmtəə nişanlarıdır. Xidmətlə əlaqədar istifadə olunan digər əmtəə nişanları və ya loqolar onların müvafiq sahiblərinin əmtəə nişanları ola bilər. Yuxarıda qeyd edilən əmtəə nişanlarına dair sizə heç bir hüquq yaxud lisenziya verilmir və siz razılaşırsınız ki, Xidmət çərçivəsində təmin edilən mülkiyyət bildirişlərini (o cümlədən, əmtəə nişanı və müəllif hüququ bildirişləri) ixtisara salmayacaq və ya dəyişməyəcəksiniz.

 

Tənzimləyici Qanun, Məkan və Bölünmə

Bu İstifadə Şərtləri Azərbaycan Respublikasının (qanun ziddiyyəti prinsipləri istisna olmaqla) qanunlarına əsasən tənzimlənəcəkdir. Siz Azərbaycan Respublikasının məhkəmələrində məsələlərə baxılmasına razılıq verir və bu məkan və yurisdiksiyaya etiraz bildirmirsiniz. Əgər səlahiyyətli məhkəmə hər hansı bir müddəa yaxud onun bir hissəsini məqbul hesab etməsə, İstifadə Şərtlərinin qalan müddəaları tam qüvvə ilə tətbiq edilməyə davam edəcəkdir.

 

 

Üçüncü Tərəfin Materialları

Xidmətin bəzi hissələrində üçüncü tərəf təchizatçıların məzmun yaxud proqram təminatları istifadə oluna bilər.

 

https://busy.az/4-terms-and-conditions

Son yenilənmə: 6 iyun, 2020