İnsan resursları üzrə mütəxəssis

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Müəssisənin işçi ehtiyacının müəyyən edilməsində iştirak edilməsi, iş analizlərinin aparılması və İnsan Resursları planlaması modulu üzrə digər fəaliyyətlərin həyata keçirilməsi;
  • Vakansiyalar üzrə elanların hazırlanması, işçi axtarışı ilə bağlı effektiv kanalların müəyyən edilməsi;
  • Müsahibələrin təşkili və həyata keçirilməsi, nəticələrlə bağlı namizədlərin məlumatlandırılması;
  • Vəzifə təlimatlarının, insan resursları ilə bağlı digər sənədlərin hazırlanması;
  • Yeni işə qəbul olunan əməkdaşların adaptasiya proqramlarının həyata keçirilməsi;
  • İşçilərin fəaliyyət və səriştə qiymətləndirilməsi proseslərində, qiymətləndirmə nəticələrinə uyğun inkişaf planlarının hazırlanmasında iştirak edilməsi; 
  • Müəssisə üzrə işçi heyətinin təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsində iştirak edilməsi, təlim planının icrası;
  • Kritik vəzifələrin müəyyən edilməsi və davamçıların idarə edilməsi proseslərinin icrasında iştirak edilməsi;
  • İR metrikləri üzrə fəaliyyətlərin tənzimlənməsi, müvafiq hesabatların təqdim edilməsi;
  • Araşdırma predmeti olan məsələlərin araşdırılması və nəticələrin aidiyyəti üzrə təqdim edilməsi;
  • İR üzrə proqramları, prosedurları və xidmətləri həyata keçirmək üçün işçilərlə əməkdaşlıq edilməsi;
  • İşçilərlə mütəmadi görüşlər keçirilməsi;
  • Kadr kargüzarlığı işlərinin aparılmasında iştirak edilməsi;
  • Korporativ tədbirlərin təşkilati işlərinin həyata keçirilməsi;
  • Müasir İR funksiyaları üzrə digər öhdəliklərin icra edilməsi.

Tələb olunan bilik və bacarıq və təcrübə:

  • Təhsil : Ali (Menecment, Sosiologiya, Psixologiya, Biznesin idarə edilməsi və ya İnsan Resursları sahələri üzrə);
  • İş təcrübəsi : İnsan resursları sahəsində minimum 2 il;
  • Dil bilikləri : Azərbaycan və rus dilləri üzrə səlis danışıq qabiliyyəti, ingilis dilini yaxşı səviyyədə bilmək
  • Müasir İnsan Resursları üzrə biliklər (SHRM/CIPD sertifikatlarının olması üstünlükdür);
  • AR Əmək qanunvericiliyi bilikləri;
  • Əla ünsiyyət qabiliyyəti, insanlarla həvəslə işləyə bilmək;
  • Araşdırma və problem həll etmə qabiliyyəti;
  • MS Office proqramlarından əla istifadə bacarığı.

Əmək şəraitinin şərtləri:

  • İş vaxtı: Bazar ertəsi-Cümə günləri, saat 09:00-18:00
  • İstirahət günləri: Şənbə, Bazar
  • Əmək məzuniyyəti: 30 təqvim günü

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə mütəxəssis” yazaraq -mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.