İdxal üzrə mütəxəssis

İşin təsviri

İş barədə məlumat:

  • İş yeri: Bakı
  • İş qrafiki: Tam ştat
  • Əmək haqqı: 1500AZN

Vəzifə öhdəlikləri:

  • İdxal proseslərinin əvvəldən sona qədər planlaşdırılması və icrası
  • Xarici təchizatçılarla yazışmaların və danışıqların aparılması
  • Sifarişlərin hazırlanması, müqavilələrin və invoysların yoxlanılması
  • Gömrük rəsmiləşdirilməsi üçün sənədlərin (invoice, packing list, BL/AWB, sertifikatlar və s.) hazırlanması və koordinasiyası
  • Gömrük brokerləri, logistika şirkətləri və müvafiq qurumlarla əlaqələrin idarə olunması
  • İdxal xərclərinin (daşınma, gömrük rüsumları, vergilər və s.) hesablanması və nəzarətdə saxlanılması
  • Malların vaxtında və düzgün şəkildə anbara daxil olmasının təmin edilməsi
  • İdxal əməliyyatları üzrə hesabatların hazırlanması
  • Qanunvericilikdə və gömrük qaydalarında olan dəyişikliklərin izlənməsi

Tələblər:

  • İdxal, logistika və ya xarici ticarət sahəsində minimum 2–3 il iş təcrübəsi
  • Gömrük və idxal prosedurları haqqında biliklər
  • İngilis dili – yaxşı səviyyədə (rus dili üstünlükdür)
  • MS Excel və ofis proqramlarında sərbəst işləmək bacarığı
  • ERP / mühasibat və ya logistika sistemləri ilə iş təcrübəsi üstünlükdür
  • Analitik düşünmə, diqqətlilik və məsuliyyətlilik
  • Ünsiyyət və koordinasiya bacarıqları

Biz nə təklif edirik:

  • Stabil və inkişaf edən şirkətdə iş imkanı
  • Peşəkar mühit və uzunmüddətli əməkdaşlıq
  • Əmək haqqı və bonuslar nəticəyə görə
  • Karyera və bilik inkişafı imkanları

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günü.

Müraciət qaydası:

CV-lərinizi mövzu hissəsində “İdxal üzrə mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.