Mağaza müdiri

İşin təsviri

İş barədə:

  • Mağazanın işçi heyətinə (şöbə müdiri, satıcı, kassir, təmizlik və park xidməti; mühafizə xidməti və s.) operativ rəhbərliyi və idarəetməni həyata keçirmək; 
  • Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək; 
  • Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək; 
  • Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək; 
  • Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək; 
  • Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək;
  • Marketə lazım olan malların sifarişinin formalaşdırmasına nəzarət etmək; 
  • Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək. 

Tələblər:

  • Ali təhsil;
  • Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.)olmalı; 
  • İşgüzar davranış etikasını;
  • Yaş həddi 30-40 arası
  • Satış texnikası və prinsiplərini; 
  • Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını; 
  • Sanitariya, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməlidir;
  • Kompüter bilikləri (MS Office);
  • Pərakəndə sektorunda 2 il iş təcrübəsi.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "Mağaza müdiri" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi