Nurgun Holding


Nurgün” Şirkətlər Qrupu  1994-cü il oktyabrın 4-də təsis edilmişdir.

«Nurgün» Şirkətlər qrupunun yarandığı tarixdən etibarən,onun aparıcı şirkətlərindən olan “Nurgun Motors“ dünya avtomobil istehsalçılarının flaqmanlarından  olan “Nissan“,Lux avtomobillər sinfinə daxil olan “İnfiniti”, bir çox modelləri ilə əfsanəvilik statusu əldə etmiş “Ford”  və avtomobil istehsalında 100 ildən artıq təcrübəsi olan “Reno” avtomobil brendlərinin  Azərbaycanda rəsmi distribütorudur.

“NURGUN” Şirkətlər Qrupuna pərakəndə ticarətdə özünəməxsusluğu ilə seçilən “Kontinental” və “Ailə” supermarketlər şəbəkəsi də daxildir. “Kontinental” supermarketlər şəbəkəsi Bakıda iri və tanınmış ticarət obyektlərindən biridir.

“NURGÜN” Şirkətlər Qrupu həmçinin bank, sığorta sektorları kimi, mühüm sferalarda fəaliyyətini də təkmiləşdirərək, 2000-ci illərdə, uğurlarını daha da möhkəmlətmişdir.Belə ki,Nurgün Şirkətlər qrupuna daxil olan NBC Bank və Rəvan sığorta öz fəaliyyəti dövründə daim müştəri məmnuniyyətini prioritet tutmuş və maliyyə sektorunda öz layiqli mövqeyini formalaşdırmışdır. “Nurgün” Şirkətlər Qrupu Azərbaycan iqtisadiyyatına öz istehsalı olan yerli məhsullarla da böyük tövhələr verir. Belə məhsullardan biri olan BELLO 2005-ci ildən tam gücü ilə fəaliyyət göstərən “Nurgün” Şirkətlər Qrupunun Sənaye bölümünə daxil olan  “Bello” Yuyucu Vasitələr Fabrikində hazırlanır.

“Nurgün Sənaye”-nin təklif etdiyi qeyri-qida məhsulları sırasında önəmli yer tutan daha bir brend NICOS kosmetika məhsullarıdır.Bu məhsullar Türkiyədə yüksək keyfiyyətli xammaldan müasir texnoloji avadanlıqlarla istehsal olunaraq qablaşdırılır.“Nurgün” Şirkətlər Qrupunun istehsal müəssisələri sırasına aid obeyktlərdən biri də Salyan şəhərində fəaliyyət göstərən “Salyan Süd” zavodudur. Zavod ən müasir Avropa texnologiyaları ilə təchiz olunub.1994-cü ildən fəaliyyət göstərən “Nurgun İnşaat” şirkəti respublikada yaradılan ilk özəl inşaat şirkətlərindən biridir.“Caspian Transport” MMC 2004-cü ildən beynəlxalq yük daşımaları bazarında aktiv fəaliyyət göstərir. Fəaliyyətə başladığı ilk gündən etibarən, şirkət əsasən avtomobillərin daşınması üzrə ixtisaslaşdırılmışdır.

“Nurgün”“ Şirkətlər Qrupu avtomobil yağları bazarında özünün xüsusi mövqeyi ilğ seçilən “Chevron-Texaco” Konserninin rəsmi dileridir.

“Nurgun Motors” şirkəti 2006-cı ildə “UĞUR” Milli mükafatı “İlin dileri” nominasiyasında, 2007-ci ildə Caspian Energy İntegration Award beynəlxalq mükafatı “İlin servisi” nominasiyasında, 2012-ci və 2014-cü ildə Azərbaycan Avtodilerlər Assosiasiyasının “QIZIL ÇARX” mükafatı “İlin servisi” nominasiyasında, 2012-ci il. “Azeri Business Award” Milli Mükafatı “İlin Lüks Avtomobil Brendi. INFINITI” nominasiyaları üzrə mükafatlandırılmışdır. Fəaliyyətinin demək olar ki, bütün mərhələlərində “Nurgun Motors” şirkəti məhsulların yüksək keyfiyyətinə və digər göstəricilərə görə bir neçə dəfə müxtəlif mükafatlara layiq görulmüşdür.Nurgün” Şirkətlər Qrupu  1994-cü il oktyabrın 4-də təsis edilmişdir. Yarandığı ilk dövrlərdə sadəcə “Nurgün” adı ilə fəaliyyət göstərən şirkət, qısa bir müddətdə özündə bir sıra mühüm biznes vahidləri birləşdirən nəhəng“Nurgün” Şirkətlər Qrupuna çevrildi.

«Nurgün» Şirkətlər qrupunun yarandığı tarixdən etibarən,onun aparıcı şirkətlərindən olan “Nurgun Motors“ dünya avtomobil istehsalçılarının flaqmanlarından  olan “Nissan“,Lux avtomobillər sinfinə daxil olan “İnfiniti”, bir çox modelləri ilə əfsanəvilik statusu əldə etmiş “Ford”  və avtomobil istehsalında 100 ildən artıq təcrübəsi olan “Reno” avtomobil brendlərinin  Azərbaycanda rəsmi distribütorudur.

“NURGUN” Şirkətlər Qrupuna pərakəndə ticarətdə özünəməxsusluğu ilə seçilən “Kontinental” və “Ailə” supermarketlər şəbəkəsi də daxildir. “Kontinental” supermarketlər şəbəkəsi Bakıda iri və tanınmış ticarət obyektlərindən biridir.“NURGÜN” Şirkətlər Qrupu həmçinin bank, sığorta sektorları kimi, mühüm sferalarda fəaliyyətini də təkmiləşdirərək, 2000-ci illərdə, uğurlarını daha da möhkəmlətmişdir.Belə ki,Nurgün Şirkətlər qrupuna daxil olan NBC Bank və Rəvan sığorta öz fəaliyyəti dövründə daim müştəri məmnuniyyətini prioritet tutmuş və maliyyə sektorunda öz layiqli mövqeyini formalaşdırmışdır.“Nurgün” Şirkətlər Qrupu Azərbaycan iqtisadiyyatına öz istehsalı olan yerli məhsullarla da böyük tövhələr verir. Belə məhsullardan biri olan BELLO 2005-ci ildən tam gücü ilə fəaliyyət göstərən “Nurgün” Şirkətlər Qrupunun Sənaye bölümünə daxil olan  “Bello” Yuyucu Vasitələr Fabrikində hazırlanır.

“Nurgün Sənaye”-nin təklif etdiyi qeyri-qida məhsulları sırasında önəmli yer tutan daha bir brend NICOS kosmetika məhsullarıdır.Bu məhsullar Türkiyədə yüksək keyfiyyətli xammaldan müasir texnoloji avadanlıqlarla istehsal olunaraq qablaşdırılır.

“Nurgün” Şirkətlər Qrupunun istehsal müəssisələri sırasına aid obeyktlərdən biri də Salyan şəhərində fəaliyyət göstərən “Salyan Süd” zavodudur. Zavod ən müasir Avropa texnologiyaları ilə təchiz olunub.

1994-cü ildən fəaliyyət göstərən “Nurgun İnşaat” şirkəti respublikada yaradılan ilk özəl inşaat şirkətlərindən biridir.

“Caspian Transport” MMC 2004-cü ildən beynəlxalq yük daşımaları bazarında aktiv fəaliyyət göstərir. Fəaliyyətə başladığı ilk gündən etibarən, şirkət əsasən avtomobillərin daşınması üzrə ixtisaslaşdırılmışdır.

“Nurgün”“ Şirkətlər Qrupu avtomobil yağları bazarında özünün xüsusi mövqeyi ilğ seçilən “Chevron-Texaco” Konserninin rəsmi dileridir.

“Nurgun Motors” şirkəti 2006-cı ildə “UĞUR” Milli mükafatı “İlin dileri” nominasiyasında, 2007-ci ildə Caspian Energy İntegration Award beynəlxalq mükafatı “İlin servisi” nominasiyasında, 2012-ci və 2014-cü ildə Azərbaycan Avtodilerlər Assosiasiyasının “QIZIL ÇARX” mükafatı “İlin servisi” nominasiyasında, 2012-ci il. “Azeri Business Award” Milli Mükafatı “İlin Lüks Avtomobil Brendi. INFINITI” nominasiyaları üzrə mükafatlandırılmışdır. Fəaliyyətinin demək olar ki, bütün mərhələlərində “Nurgun Motors” şirkəti məhsulların yüksək keyfiyyətinə və digər göstəricilərə görə bir neçə dəfə müxtəlif mükafatlara layiq görulmüşdür.

İşəgötürənin reytinqi