Nurgun Holding


Rəylər

  • İşçilərin sağlamlığına zərər vurulur Anonymous Employee

    1 il əvvəl

    Kimyəvi maddələr və turşular (kislota) ilə işləyənlərə maska verilmir. Əslində turşularla işləyən fəhlələrə hər gün yeni maska verilməli olduğu halda, Nurgün-də cəmi 1 dəfə maska verilir və bu maska aylarla saralmış, çirklənmiş halda istifadə olunur. Aydındır ki, havalandırmanın olmaması bu maddələrlə işləyən işçilərin sağlamlığına birbaşa ziyan vurur. Ətrafımda çoxlarının saçı tökülür, dırnaqları sınır, dərisində ləkələr əmələ gəlir, üz dərisində daimi qızarma, səpki kimi problemlər yaranır. Təəssüf ki, özüm də sağlamlığımın əvvəlki kimi olmadığını aydın şəkildə hiss edirəm. Texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə ölkənin böyük holdinqlərindən birində kustar iş şəraitinin aradan qaldırılması üçün heç bir iş görülmür, rəhbərlik pul xərcləmək istəmir, işçilərinə heç bir dəyər vermir, işə ehtiyacı olanların həyatı ilə oynayıb, milyonlar qazanırlar. Nəyə görə heç bir yoxlama, heç bir dövlət təşkilatı, komissiyalar hələ də bunu araşdırıb üstünə düşmür?