Sətəm üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İş yerlərində əməyin mühafizəsinə və texniki təhlükəsizliyinə nəzarət etməsi;
  • İstehsalatda zədələnmə səbəblərinin analizı, qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata  keçirilməsini təşkil etməsi;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməsi;
  • Müvafiq nümayəndələr ilə birlikdə binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;
  • Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
  • Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
  • İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməsi;
  • SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etməsi;
  • İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməsi;

Tələblər:

  • Orta ixtisas təhsili.
  • 35-45 yaş bəy namizəd. 
  • Analoji sahədə 1 ilə qədər iş təcrübəsi.
  • Avtomobil sahəsində texniki biliklər və təcrübə
  • Üzərinə məsuliyyət götürmək bacarığı
  • Operativlik, dəqiqlik və səliqə
  • Komandada işləmək bacarığı və kommunikativik;
  • Subordinasiyaya və etik davranış qaydalarına əməl etmə;
  • Qanunvericiliyə riayət etmək və daxili normativ tələblərə hörmət;
  • Məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalıdır. 

Əmək şəraiti:

  • İş yeri: Bakıxanov, Elşən Mehdiyev 40.
  • İş rejimi: Həftə içi 5 gün, şənbə və bazar istirahət.
  • Əmək haqqı: 700-900 AZN net.

Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Sətəm üzrə mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində göstərilən email ünvanına göndərə bilərlər.