İşin təsviri
Təsvir
- Şirkətin struktur bölmələri tərəfindən daxil olan tələblər üzrə tələbnamələrin dəqiqləşdirilməsi;
- Bazarda mövcud olan şirkətlərlə qiymət sorğularının və tender müsabiqələrinin aparılması;
- Qiymət sorğuları və tender müsabiqələri üzrə sənədləşmə işlərinin aparılması;
- Daxili və xarici bazarın araşdırılması və lazımi təchizatçı və podratçı bazasının yaradılması və müntəzəm olaraq yenilənməsinə nəzarət edilməsi;
- PQQ sistemi üzrə tədarükçülərin sənədlərinin yoxlanışının təşkili;
- Müqavilələrin, xüsusilə alqı, satqı və xidmət müqavilələrinin hazırlanmasında sənədləri təşkil etmək, satınalma şərtləri və qaydalarının müqavilədə öz əksini tapmasına nəzarət etmək, həmçinin bağlanmış müqavilələrin idarə olunmasını təmin etmək;
- Dövlət rəsmi qurumları ilə sənədləşmə işlərinin təşkili;
- Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı verilən digər tapşırıqların icrası.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan, rus, ingilis dillərində ünsiyyət və yazı bacarığı;
- Microsoft Office (Word, Excel, Outlook, Power Point) və 1C proqramlarını istifadə bacarığı;
- Analitik düşüncə və məlumatları təhlil etmə bacarığı;
- Güclü ünsiyyət bacarığı;
- Məsuliyyətlilik, hesabatlılıq və dəqiqlik;
- Yalnız və komanda ilə effektiv işləmə bacarığı.
Vakansiya haqqında
İmtiyazlar
- Tibbi sığorta
- Korporativ nömrə
- Təlim dəstəyi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.