Satınalma üzrə mütəxəssis

İşin təsviri

Təsvir

  • Şirkətin sturuktur bölmələri tərəfindən daxil olan tələblər üzrə tələbnamələrin dəqiqləşdirilməsi;
  • Bazarda mövcud olan şirkətlərlə qiymət sorğularının və tender müsabiqələrinin aparılması;
  • Qiymət sorğuları və tender müsabiqələri üzrə sənədləşmə işlərinin aparılması;
  • Daxili və xarici bazarın araşdırılması və lazımi təchizatçı və podratçı bazasının yaradılması və müntəzəm olaraq yenilənməsinə nəzarət edilməsi;
  • PQQ sistemi üzrə tədarükçülərin sənədlərinin yoxlanışının təşkili;
  • Müqavilələrin, xüsusilə alqı, satqı və xidmət müqavilələrinin hazırlanmasında sənədləri təşkil etmək, satınalma şərtləri və qaydalarının müqavilədə öz əksini tapmasına nəzarət etmək, həmçinin bağlanmış müqavilələrin idarə olunmasını təmin etmək;
  • Dövlət rəsmi qurumları ilə sənədləşmə işlərinin təşkili;
  • Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı verilən digər tapşırıqların icrası.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan, rus, ingilis dillərində ünsiyyət və yazı bacarığı;
  • Microsoft Office (Word, Excel, Outlook, Power Point) və 1C proqramlarını peşəkar istifadə bacarığı;
  • Məsuliyyətlilik və hesabatlılıq; dəqiqlik, təşəbbüskarlıq və çeviklik;
  • Yalnız və komanda ilə effektiv işləmə bacarığı.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat

İmtiyazlar

  • Tibbi sığorta (özü və ailə üzvləri üçün);
  • Korporativ nömrə və danışıq limiti;
  • Təlim dəstəyi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.