Satış Meneceri (B2B)

  • SMP
  • Elanın qoyulma tarixi: 14.01.2026

İşin təsviri

Şirkətimiz orijinal printer kartricləri və İT/ofis ləvazimatlarının satışı sahəsində fəaliyyət göstərir. Fəaliyyətimizin genişləndirilməsi məqsədilə hazır müştəri bazasına malik peşəkar Satış Meneceri axtarırıq.

Əsas tələblər:

  • B2B satış sahəsində minimum 2 il təcrübə
  • Aktiv və davamlı şirkət müştəri bazasının olması
  • Kartric, printer, ofis və ya İT məhsullarının satışında praktiki təcrübə
  • Satış planı ilə işləmək və aylıq dövriyyə formalaşdırmaq bacarığı
  • Danışıqlar aparmaq, müqavilə bağlamaq və müştəri münasibətlərini idarə etmək bacarığı

Vəzifə öhdəlikləri:

  • Mövcud müştəri bazası üzərindən şirkət məhsullarının satışı
  • Yeni satış imkanlarının müəyyən edilməsi və dövriyyənin artırılması
  • Müştərilərlə uzunmüddətli əməkdaşlığın qurulması
  • Satış həcmi və nəticələr üzrə mütəmadi hesabatların təqdim edilməsi

İş şərtləri:

  • Minimum aylıq əməkhaqqı: 2.000 AZN
  • Satış nəticələrinə uyğun əlavə bonus və motivasiya sistemi
  • Stabil iş mühiti və uzunmüddətli əməkdaşlıq perspektivi
  • Şirkət tərəfindən məhsul, qiymət siyasəti və logistika tam təmin olunur

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Bu vakansiya xüsusilə mövcud müştəri portfeli olan, lakin daha geniş imkanlar və yüksək gəlir əldə etmək istəyən satış mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.