Kateqoriya və Satınalma üzrə təcrübəçi

İşin təsviri

İş barədə məlumat:
• Yerli və xarici bazarların təhlili və potensial təchizatçıların araşdırılması
• Tələb olunan məhsullar üzrə bazar trendlərinin və istehlakçı ehtiyaclarının öyrənilməsi
• Təchizatçılarla ilkin danışıqlar və müqavilə şərtlərinin təhlilində iştirak
• Məhsul kateqoriyalarının formalaşdırılması, çeşidlərin planlaşdırılması və optimallaşdırılması
• Satınalma, xərclər və məhsul nəticələri ilə bağlı analitik hesabatların hazırlanması
• Təchizatçı bazasının qurulmasında və qiymətləndirilməsində dəstək
• Brendin inkişafı üzrə rəhbərlik tərəfindən verilən tapşırıqların icrası

Təcrübə müddətində qazanacaqlarınız:

• Real biznes mühitində kateqoriya idarəçiliyi prosesinin öyrənilməsi
• Yerli və xarici bazar analiz metodlarının mənimsənilməsi
• Təchizatçılarla kommunikasiya və danışıqlar bacarığının inkişafı
• Məhsul çeşidi planlamasında, qiymətləndirmədə və analitik hesabatlarda təcrübə
• Təcrübəli mentorların rəhbərliyi ilə praktiki öyrənmə imkanı
• Komandaya töhfə verərək praktiki nəticələr yaradan namizədə təcrübə sonunda daimi iş qazanmaq imkanı

İş şərtləri:

• İş rejimi: 5 günlük iş qrafiki
• Rəsmi rəsmiləşdirmə (AR Əmək Məcəlləsinə uyğun)
• İş yeri: 25 Plaza (Gənclik m/s, Şəmsi Rəhimov küçəsi)
• Təcrübə müddəti: 3 ay
• Aylıq ödəniş: 200 AZN

Tələblər:

• Yaş: 20–25 yaş
• Təhsil: Marketinq və Biznes üzrə ali təhsil – üstünlükdür
• Azərbaycan dilini səlis, İngilis dili mütləqdir
• MS Word və MS Excel bilikləri
• Analitik düşüncə və araşdırma qabiliyyəti
• Qab-qacaq, tekstil və elektronika məhsul kateqoriyalarına maraq
• Ünsiyyətcil, çalışqan, məsuliyyətli və öyrənməyə həvəsli olmaq
• Komanda ilə işləmə bacarığı

📩 Maraqlanan namizədlərdən mövzu hissəsində “Kateqoriya  və Satınalma üzrə təcrübəçi” qeyd etməklə şəkilli CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.