Kredit departamentinin rəhbəri

İşin təsviri

Kredit departamentinin fəaliyyətini təhlil edir, bununla bağlı hesabat və təkliflər hazırlayır. Ona təhkim olunan əmək funksiyalarını peşəkarlıqla və keyfiyyətlə icra edir.

Öhdəliklər:

  • Kreditin verilməsi planını hazırlayır, razılaşdırır və həyata keçirir
  • Kredit portfelinin inkişafı və yeni müştərilərin cəlb olunması üçün müvafiq tədbirlər görür
  • Yeni kredit məhsullarının yaradılmasında aktiv iştirak edir
  • Kredit işçilərinin fəaliyyətinin qiymətləndirilməsi meyarlarının işləyib hazırlayır
  • Kreditin verilməsi və qaytarılması işində təşkilatın prosedurlarının həyata keçirilməsinin təşkil edir və ona nəzarət edir.

Tələblər: 

  • Risk, analitika və/və ya underraytinq (underwriting) sahəsi üzrə minimal 5 illik iş təcrübəsi, o cümlədən 2-3 il orta və ya yuxarı menecment təcrübəsi
  • Kredit verilməsi xərcləri və onun tərkib hissələrini başa düşmək və xərclərdə dəyişmələrin effektini analitik və intuitiv qaydada nəzərə almaq bacarığı
  • Kreditlərin gecikmə səbəblərini analiz etmək bacarığı
  • MS Excel və digər hesabatlıq üçün istifadə oluna biləcək proqram təminatları ilə iş təcrübəsi.

Əmək haqqı razılaşdırılma əsasında

Uyğun namizədlərdən şəkilli cvlərini [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Kredit departamentinin rəhbəri” qeyd etməklə göndərmələri xahiş olunur.