Tibbi sığorta üzrə mütəxəssis

İşin təsviri

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Müalicə işi ixtisası üzrə ali təhsil;
  • Azərbaycan və rus dillərində səlis danışmaq, ingilis dili biliyi üstünlükdür; 
  • Yaş həddi: 35-yaşadək
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Sığorta şirkətlərində tibbi sığorta sahəsində iş təcrübəsi arzuolunandır.

Vəzi̇fə və öhdəli̇klər:

  • Sığorta olunmuş şəxslərə sığorta proqramına dair məsləhət xidmətinin göstərilməsi, sığorta olunanların hüquq və vəzifələrinin izahı;
  • Sığorta hadisələri ilə bağlı müraciətlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsi;
  • Ehtiyac olduqda sığorta olunan şəxslərə tibbi yardım göstərilməsi və ya hospitalizasiya məqsədilə tibb müəssisəsinin seçimində köməklik, sığorta olunanların hospitalizasiyasının təşkili; 
  • Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə danışıqların aparılması;
  • Tibbi sığorta üzrə baş vermiş sığorta hadisələrinin ilkin tənzimlənməsi üzrə işlərin aparılması, sığorta olunanların müraciət faktları ilə bağlı tibb müəssisələrindən daxil olan məlumatların informasiya sisteminə daxil edilməsi;
  • Müqavilə bağlanması nəzərdə tutulan və müqavilə bağlanan tibbi müəssisələrinin müəyyən olunmuş meyarlara uyğunluğunun müəyyən edilməsi; 
  • Tibb müəssisəsi tərəfindən sığortalılara göstərilən tibbi xidmətlərin həcmi və keyfiyyətinin tibbi sığorta proqramına uyğun olub-olmamasına nəzarət edilməsi, sığorta tələblərinə uyğun keyfiyyətin təmin olunması üçün klinikaların sığorta şöbələri ilə görüşlər keçirilməsi;
  • Tibb müəssisələrinin təqdim etdikləri  reyestrlərin ekspertizasını həyata keçirilməsi, sənədlərin yerində yoxlanması və sığorta aktlarının hazırlanması;
  • Razılaşdırılmış aktların ödənişə yönəldilməsi;
  • Müştəri tərəfindən daxil olan şikayətin araşdırılması, müvafiq cavab hazırlanmasında iştirak; 
  • Vəzifə səlahiyyətləri çərçivəsində rəhbəri tərəfindən verilmiş digər tapşırıqların yerinə yetirilməsi.

Bacarıqlar:

  • Ünsiyyət qurmaq bacarığı;
  • Qeyri standart vəziyyətə cəld reaksiya vermək.

Əmək şəraitinin şərtləri:

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək. 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 20 avqust 2022-ci il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Tibbi sığorta üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır. 

Email: [email protected]