İşin təsviri
Böyüyən və inkişaf edən peşəkar və mehriban kollektivimiz yeni “KONTENT MENECER” axtarır!
Vəzifə öhdəlikləri:
- Əməkdaşlıq etdiyimiz global brendlərin sosial media, vebsayt və reklam kanalları üçün kontent strategiyasının hazırlanması;
- Sosial media post mətnlərinin, video skriptlərin yazılması, yaradıcı ideyaların təklif edilməsi;
- Marketinq və dizayn komandaları ilə sıx əməkdaşlıq;
- Trend analizi və kontent performansının izlənilməsi;
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1-2 il iş təcrübəsinin olması;
- Azərbaycan dilində mükəmməl yazı bacarığı, ingilis dili biliyi üstünlükdür;
- Kreativ düşüncə və hekayəçilik qabiliyyəti (storytelling);
- Kollektivlə işləmə bacarığı;
İş şəraiti:
- İş qrafiki: 5/7 (09:00–18:00)
- İş yeri: Bakı şəhəri
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
Bizim komandaya qoşulmaq istəyirsənsə, CV-ni və portfolionuzu mözvu hissəsində “Kontent menecer” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.