İşin təsviri
Vəzifə öhdəlikləri:
- Marketinq strategiyasının hazırlanması və icrası
- Rəqəmsal marketinq kampaniyalarının (sosial media, e-mail, onlayn reklamlar) idarə olunması
- Bazar araşdırmalarının aparılması və rəqib analizinin edilməsi
- Brendin tanıdılması və satışların artırılmasına yönəlmiş fəaliyyətlərin təşkili
- Hesabatların hazırlanması və nəticələrin təhlili
Tələblər:
- Marketinq, biznes və ya əlaqəli sahə üzrə ali təhsil
- Marketinq sahəsində minimum 3 il iş təcrübəsi (üstünlükdür)
- Rəqəmsal marketinq alətləri ilə işləmə bacarığı
- Analitik düşüncə və yaradıcı yanaşma
- Azərbaycan dilində səlis, rus və ingilis dili biliyi üstünlükdür
İş haqqında:
- Əmək haqqı 2000 AZN
- Bakı və Sumqayıt şəhərlərindən servis avtobus ilə təmin edilir
- İş vaxtı həftə içi 5 gün saat 09:00-dan 18:00-dək
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.