İşin təsviri
                
                
                                
                Tələblər: 
	- Ali təhsil (İqtisadiyyat, Beynəlxalq münasibətlər, Menecment və ya əlaqədar sahələr üstünlükdür);
 
	- Xarici ticarət və satınalma sahəsində minimum 2-3 il iş təcrübəsi;
 
	- İngilis dili mükəmməl səviyyədə (rus dili bilikləri əlavə üstünlükdür);
 
	- Beynəlxalq təchizat zənciri, gömrük prosesi və logistika barədə biliklər;
 
	- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
 
	- Yaxşı analitik düşüncə, danışıqlar aparmaq və ünsiyyət bacarıqları;
 
	- Komanda ilə işləmək və çoxsaylı tapşırıqları idarə etmək bacarığı;
 
	- Bazar araşdırması və təchizatçı analizi sahəsində təcrübə.
 
Vəzifələr:
	- Xarici bazarlardan təchizatçılarla əlaqə qurmaq və danışıqlar aparmaq;
 
	- Qiymət araşdırması aparmaq, kommersiya təklifləri toplamaq və müqayisə etmək;
 
	- Müqavilələrin hazırlanması və təchizat şərtlərinin razılaşdırılması;
 
	- Gömrük sənədlərinin hazırlanması və aidiyyəti orqanlarla koordinasiya;
 
	- Alınan malların keyfiyyətinə və uyğunluğuna nəzarət etmək;
 
	- Logistika (çatdırılma müddəti, yükün izlənməsi və s.) proseslərini təşkil etmək;
 
	- Təchizatçıların performansının qiymətləndirilməsi və daimi əlaqələrin saxlanması;
 
	- İdxal və ixrac sənədlərinin düzgün və vaxtında hazırlanmasını təmin etmək
 
Öhdəlikləri:
	- Xarici partnyorlarla yazışmaların və danışıqların peşəkar səviyyədə aparılması;
 
	- Təchizatçılarla müqavilələrin icrasına nəzarət;
 
	- Gömrük və logistika xidmətləri ilə koordinasiyanın effektiv təşkili;
 
	- Müvafiq hesabatların və analitik məlumatların hazırlanması;
 
	- Təchizat risklərinin müəyyənləşdirilməsi və onların idarə olunması;
 
	- Şirkətin satınalma xərclərinin optimallaşdırılması üçün təkliflər irəli sürmək;
 
	- Yerli və beynəlxalq bazar trendlərinin izlənməsi və rəhbərliyə məlumat verilməsi.
 
İş şərtləri:
	- Həftədə 5 iş günü, 2 gün istirahət;
 
	- İşyeri: Bakı şəhəri;
 
	- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaqdır
 
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Xarici əlaqələr və alış üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.