İşin təsviri
Risklərin idarəedilməsi departamenti, Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsi
Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsinin təcrübəçisi
Vəzifə öhdəlikləri:
- Analitik təhlillər vasitəsi ilə sığorta risklərinin aşkar edilməsi, ölçülməsi və nəzarət edilməsi prosesində iştirak etmək;
- Sığorta riski alətləri və modellərinin hazırlanması, optimallaşdırılması və tətbiqi prosesində iştirak etmək;
- Cari və potensial dəyişikliklərin yarada biləcəyi mümkün sığorta risklərinin müəyyən olunması və təhlili, stress testlərini keçirmək.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Sahə üzrə iş təcrübəsi tələb olunmur.
- Təhsili: Riyaziyyat, İqtisadiyyat, Maliyyə, Risklərin idarə olunması və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla
- Kompüter bilikləri: MS Office: yaxşı, MS Excel - əla
- Üstünlüklər: Phyton / VBA proqramlaşdırma bacarıqlarına malik olmaq.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.