Biznes proseslərinin optimallaşdırılması mərkəzi, Biznes proseslərinin optimallaşdırılması mərkəzinin rəhbəri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Biznes proseslərin optimallaşdırılması proqramını idarə etmək, Biznes proseslərin şirkət üzrə reyestrinin (BPU siyahısı) və Raci matrixlərin hazırlanmasını ve yenilənməsini idarə etmək;
  • Cəmiyyət və məhsullar üzrə proseslərin təhlili, optimizasiya və standartlaşdırma təşəbbüslərini həyata keçirmək; innovativ və rəqəmsal həlləri tətbiq etmək;
  • Daxili normativ sənədlərin hazırlanmasına, yenilənməsinə, reyestrinin aparılmasına və məlumatların düzgün əks olunmasına nəzarət etmək;
  • Həyat sığortası məhsullarının qaydaları, şəhadətnamə formaları və əlaqəli sənədlərin hazırlanması, yenilənməsi və məlumatların tamlığının təmin olunmasını idarə etmək;
  • Komandanın fərdi inkişaf planlarını hazırlamaq, bilik və bacarıqlarının artırılmasını təmin etmək;
  • Proseslərdə riskləri müəyyənləşdirmək, əməliyyat itkiləri və tənzimləyici pozuntular üzrə Risklərin İdarəedilməsi Bölməsi metriklərini monitorinq etmək və risklərin idarə olunmasını təmin etmək;
  • Portfolio menecment və analitik fəaliyyətləri (data analiz, xərclərin təhlili, prioritetlərin müəyyən edilməsi) həyata keçirmək;
  • Audit faktlar, risk insidentləri və tənzimləyici pozuntuların aradan qaldırılması üçün tədbirlər planlarını hazırlamaq, icrasını izləmək və əlaqəli tərəflərlə koordinasiya etmək;
  • İdarə Heyətinin qərar və tapşırıqlarının icrasına, komanda fəaliyyətinin məhsuldarlığına, əməliyyat və maliyyə intizamına nəzarət etmək;
  • Şirkət resurslarının səmərəli istifadəsini, daxili qaydalara və qanunvericiliyə əməl edilməsini təmin etmək, sənədlərin keyfiyyətli və operativ hazırlanmasını idarə etmək;

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Biznes proseslərin idarə olunması və optimallaşdırılması, Layihə idarəçiliyi, Keyfiyyət və performans idarəçiliyi, Maliyyə və əməliyyat analitikası, Sığorta sahələri üzrə ən azı 3 ilədək iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: Biznes İdarəçiliyi, İqtisadiyyat, Maliyyə, IT və ya əlaqəli sahələr üzrə Ali təhsil
  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla , Rus dili:orta
  • Üstünlüklər: Beynəlxalq sertifikatlar və ya proses optimallaşdırma üzrə əlavə biliklər üstünlük hesab olunur
  • Kompüter bilikləri: MS Office:əla
  • Fərdi keyfiyyət tələbləri: Məlumat (data) yönümlü qərar vermə bacarığı, Liderlik və idarəetmə, Böhranların effektiv idarə edilməsi, Komanda Performansının Yüksəldilməsi, Problem həll etmə qabiliyyəti, Deleqasiya bacarığı, Üstün kommunikasiya bacarıqları

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi