Onlayn satış üzrə mütəxəssis (Xanım)

İşin təsviri

İş barədə məlumat:
    •    Instagram, TikTok, Facebook, WhatsApp və digər onlayn platformalardan daxil olan mesajların cavablandırılması
    •    Yazılı ünsiyyət vasitəsilə müştərilərin satışa yönləndirilməsi və sifarişlərin bağlanması
    •    Müştəri suallarının operativ və peşəkar şəkildə cavablandırılması
    •    Məhsulların təqdimatı və satışın artırılması
    •    Satış nəticələri üzrə hesabatların hazırlanması

Satışa dəstək və sosial media öhdəlikləri:
    •    Sosial media üzərindən satışa yönəlik kontentlərin hazırlanmasında iştirak
    •    Post, story və video məzmunlarla satışa dəstək
    •    Reklam və tanıtım məqsədli videoların çəkilişində iştirak
    •    Kamera qarşısında rahat olmaq və video qarşısına keçməyə hazır olmaq

İş qrafiki və şərtlər:
    •    İş qrafiki: Həftədə 5 iş günü (bazar ertəsi – cümə)
    •    İş saatları: 10:00 – 18:00
    •    Ofisə gəlmə şərti: Həftədə 5 gün ofisdə çalışma mütləqdir
    •    Şənbə və bazar günləri: Ofisə gəlmək tələb olunmur, lakin onlayn platformalara daxil olan mesajların cavablandırılması mütəşəkkil şəkildə təmin edilməlidir
    •    Axşam saatlarında daxil olan mesajların vaxtında cavablandırılması tələb olunur

Tələblər:
    •    YALNIZ XANIM NAMİZƏDLƏR
    •    Satış və ya onlayn müştəri xidməti sahəsində təcrübə üstünlükdür
    •    Yazılı ünsiyyət və inandırma bacarığının yüksək olması
    •    Sosial şəbəkələrlə aktiv işləmə bacarığı
    •    Azərbaycan dilində sərbəst yazı və danışıq (Rus və İngilis dili üstünlükdür)
    •    Məsuliyyətli, diqqətli və satışa fokuslu olmaq
    •    Kamera qarşısında rahat davranmaq

Əmək haqqı:
    •    1200 AZN (minimum bonus daxil olmaqla)

Müraciət üçün:
📧 Email: [email protected]
📱 WhatsApp:  +994554581626