Agile kouç

İşin təsviri

Agile idarəetmə mərkəzi
Vəzifə Öhdəlikləri:

  • Cəmiyyət səviyyəsində Agile transformasiyanın həyata keçirilməsi, Agile düşüncə tərzinin formalaşdırılması və davamlı inkişafının təmin edilməsi.
  • Agile transformasiya proqramı çərçivəsində strukturun, əməliyyat modelinin, rolların və proseslərin qurulması, təşəbbüslərin icrası və hesabatlılığın təmin edilməsi.
  • Qəbul olunmuş Agile metodologiyasının tətbiqi, yenilənməsi, sənədləşdirilməsi və daxili normativ sənədlərin prosedurlara uyğun olaraq vaxtında aktual saxlanılması.
  • Fərdi, komanda və liderlər səviyyəsində Agile coaching və Agile yanaşma üzrə təlimlərin keçirilməsi.
  • Yeni agile komandaların, tribe və digər agile strukturların qurulmasında iştirak və bu komandalarda Agile yanaşmanın tətbiqinin təmin edilməsi.
  • Agile və ənənəvi komandalar arasında proseslərin sinxronizasiyası, risklərin idarə edilməsi və əməkdaşlığın gücləndirilməsi.
  • Məhsul sahibləri və komandalar üçün Agile görüşlərin (events), təslimat, QBR və məhsulyaratma proseslərinin idarə olunması və təkmilləşdirilməsi.
  • Agile prinsipləri əsasında komandaların fəaliyyətinə mane olan problemlərin aradan qaldırılması, özünüidarəetmənin və komanda ruhunun gücləndirilməsi.
  • Agile bilik və təcrübəsinin paylaşılması, davamlı inkişaf mədəniyyətinin təşviqi və komandaların uğur və problemlərinin tanınmasının dəstəklənməsi.
  • Əməliyyat riski və ya insident aşkar edildikdə, daxili normativ sənədlərə uyğun olaraq müvafiq strukturların vaxtında məlumatlandırılması.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Agile sahəsi üzrə 3-5 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: Biznesin idarə edilməsi, layihə menecmenti, HR, strateji idarəetmə və ya İT (kompüter elmləri, informasiya sistemləri və s.) üzrə bakalavr dərəcəsi (proqramlaşdırma bacarığı tələb olunmur, texniki sistemlər üzrə anlayış vacibdir).
  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta , Rus dili:orta
  • Kompüter bilikləri: MS Office:əla , MS Outlook:əla , MS PowerPoint:əla , MS Word:əla

Üstünlüklər: 

  • Biznes səviyyəsində transformasiya təşəbbüslərində iştirak/təşəbbüsləri aparmaq
  • Proqressiv şirkətin tərkib hissəsi kimi müxtəlif istiqamətlərdə və səviyyələrdə fəaliyyət/əməkdaşlıq
  • Bütöv bir biznes istiqamətinə (stream) kouçinq/fasilitasiya dəstəyi göstərmək və Agile liderlərlə sıx əməkdaşlıq
  • Güclü komandada və tələbkar mühitdə davamlı öyrənmə

Fərdi keyfiyyətlər:

  • Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi