İşin təsviri
Vəzifə öhdəlikləri
- Şirkətin inzibati binasında yerləşən mebel və digər avadanlıqlardan zədə və nasazlıq olmadan istifadəsinin təmin edilməsi;
- Struktur bölmələrin avadanlıq, inventar, material və ləvazimatlarının təmiri və bərpası;
- İşıqlandırma, qızdırıcı sistemlər, ventilyasiya və digər avadanlıqların saz vəziyyətdə saxlanmasına nəzarət edilməsi;
- Cəmiyyətin balansında olan əsas vəsaitlərin və inventarların məqsədyönlü və düzgün istismarının təşkil edilməsi;
- Tədbirlərin təşkili və keçirilməsində texniki və təşkilati dəstəyin göstərilməsi;
- İnzibati və region nümayəndəliklərinin ofislərinin səmərəli istismarının təşkili;
- Struktur bölmələrin material və ləvazimatlarla təmin edilməsi;
- Şöbəyə daxil olan müraciət və sorğuların operativ şəkildə cavablandırılması;
- Təmizlik işinin təşkili və icrasına nəzarət edilməsi;
Namizədə olan tələblər:
- Təhsil: Texniki ixtisas üzrə müvafiq peşə təhsili tələb olunur
- İş təcrübəsi: İnzibati işlər sahəsi üzrə minimum 1 il iş təcrübəsi tələb olunur.
Fərdi keyfiyyətlər:
- Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə,
- Danışıqlar aparmaq bacarığı,
- Ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülmə bacarığı,
- Yazı qabiliyyəti,
- Konfliktlərin/stresin idarə edilməsi,
- Etibarlılıq və şirkətə sədaqətlilik,
- Komanda ilə işləyə bilmək,
- Aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə),
- Məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı),
- Təşəbbüskarlıq və yenilikçilik bacarığı.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.