Təmizlik və Camaşırxana işləri üzrə İcraçı rəhbərin Assistenti (Menecer)

İşin təsviri

Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.

Vəzifə öhdəlikləri:

  • Əsas təmizlik texnologiyalarını və kimyəvi maddələrin düzgün istifadə qaydasını bilmək;
  • Ümumi ərazilərin təmizlik standartlarına tam uyğunluğunu təmin etmək, keyfiyyət yoxlamaları aparmaq;
  • Təmizliklə bağlı yaranan hər hansı problemi vaxtında aşkar edib həll etmək;
  • Təmizlik materiallarının (deterjan, avadanlıq) sifarişi və sərfiyyatına nəzarət;
  • Təmizlik işçilərinin iş qrafiklərini hazırlamaq, iş bölgüsünü həyata keçirmək və iş prosesinə nəzarət etmək;
  • Yeni işçilərin təlimatlandırılması, onların işə adaptasiyasına dəstək olmaq, heyətin peşəkar bacarıqlarının artırılmasını təmin etmək;
  • Gündəlik və aylıq hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Bütün təmizlik proseslərinin idarə edilməsi.

Tələblər:

  • Müvafiq sahədə rəhbər vəzifədə ən az 1 il iş təcrübəsi;
  • Yaş həddi 25+;
  • Liderlik, komanda idarəetmə bacarığı və məsuliyyətli, təşəbbüskar yanaşma;
  • Təmizlik kimyəvi maddələri və avadanlıqları haqqında bilik;
  • Təmizlik standartları, prosedurları və sanitariya qaydaları barədə dərin bilik;
  • Fiziki cəhətdən aktiv, diqqətli, məsuliyyətli və nizam-intizamlı.
  • 5 ulduzlu oteldə İcraçı təmizlik rəhbəri və ya nəzarətçisi qismində təcrübəyə malik olmaq.
  • Təşkilatçılıq/planlaşdırma/həvalə/prioritetləşdirmə/problem həllində əla bacarıqlar;
  • Mərtəbə, İctimai sahələr nəzarəti
  • Ofis idarəetməsi;
  • VİP və VVİP otaq və sahələrin idarə edilməsi;
  • Tekstil, parça və digər materiallarla işləmək;
  • Təsərrüfatının idarə edilməsi cədvəlinin tərtib edilməsi;

Əlavə məlumat:

  • İş vaxtı: 5 günlük iş qrafiki ilə təyin olunur.
  • Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına CV göndərə bilərlər.