Məhsul üzrə menecer (Product Manager)

  • Tempus
  • Elanın qoyulma tarixi: 06.01.2026

İşin təsviri

Yer: Bakı şəhəri və regionlar

Vəzifə öhdəlikləri:

  • Məhsul portfelinin formalaşdırılması;
  • Yeni məhsul potensialının bazara çıxarılmadan əvvəl qiymətləndirilməsi;
  • Məhsulun farmakoloji və klinik xüsusiyyətlərinin təhlili;
  • Məhsulun planlaşdırılması və gəlirliliyinin təmin edilməsi;
  • Promo kampaniyalarının təsdiqi və həyata keçirilməsi;
  • Promo materialların hazırlanması və dövriyyəyə buraxılması;
  • Satış komandasının təlimi, ikili və kor vizitlərin təşkili;
  • Təqdimat və təbliğat tədbirlərinin həyata keçirilməsi;

Namizədə tələblər:

  • Tibb və ya əczaçılıq üzrə bakalavr dərəcəsi (vacib);
  • Marketinq üzrə əlavə təlim və ya təhsil üstünlükdür;
  • Məhsul üzrə menecer (PM) vəzifəsində minimum 2 il iş təcrübəsi;
  • Təqdimat, inandırma, analitik təhlil, layihə idarəçiliyi, planlaşdırma və təşkilatçılıq bacarıqları;
  • Stressə davamlılıq və yüksək iş yükündə işləmək bacarığı;

Müraciət qaydası:

Vakansiyaya uyğun namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən mail adresinə mövzu hissəsində “Məhsul üzrə menecer (PM)” qeyd etməklə və ya 070-374-71-99 Whatsapp nömrəsinə göndərə bilərlər.