Metal üzrə texnoloq köməkçisi

  • Metak
  • Elanın qoyulma tarixi: 07.01.2026

İşin təsviri

İşin təsviri

  • Metal üzrə texnoloq tərəfindən verilən tapşırıqların yerinə yetirilməsinə dəstək göstərmək;
  • Metal məmulatlarının istehsal prosesinin texnoloji tələblərə uyğun aparılmasına nəzarətdə iştirak etmək;
  • İstehsal üçün metal xammal və materialların hazırlanmasına kömək etmək;
  • Metal istehsalı ilə bağlı texnoloji sənədlərin, planların və hesabatların hazırlanmasında dəstək olmaq;
  • Məhsulun ölçü, keyfiyyət və texniki göstəricilərinin yoxlanılması prosesində texnoloqa kömək etmək;
  • İstehsalat sahəsində əməyin mühafizəsi, təhlükəsizlik və gigiyena qaydalarına riayət etmək;
  • Metal emalı avadanlıqlarının düzgün və təhlükəsiz işləməsinə nəzarətdə iştirak etmək və texnoloqun göstərişlərinə əməl etmək.

Tələblər

  • Metallurgiya, maşınqayırma, mexanika, istehsalat və ya digər texniki ixtisaslar üzrə ali təhsil;
  • Komanda ilə işləmək bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik və texniki düşüncə;
  • Metal istehsalı və texnoloji proseslərə maraq, öyrənməyə açıqlıq;
  • Kompüter bilikləri (MS Office,SolidWorks 2D və 3D) – üstünlükdür;
  • Metal emal edən avadanlıqlar haqqında ilkin biliklərə sahib olmalı,sadə texniki rəsimləri rahatlıqla oxumalıdır;
  • Metal istehsalı və ya emalı sahəsində əvvəlki iş təcrübəsi üstünlükdür, lakin tələb olunmur.

İş şərtləri

  • 5 günlük iş həftəsi;
  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Rəqabətli əmək haqqı və illik bonus;
  • Əmək haqqı razılıq əsasında təyin olunur;
  • Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
  • Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.