İşin təsviri
Vəzifə və öhdəliklər:
- Əsas və alternativ tədarükçülərin müəyyənləşdirilməsi, mütəmadi vendordakı şirkətlərin qiymətləndirilməsi, bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi
- Verilən sifarişlər əsasında mal-materialların texniki göstəricilərini dəqiqləşdirərək siyahılarını hazırlamaq, müqavilə əsasında köçürmə yolu ilə alınmasını təşkil etmək;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması, alışların qeydiyyata alınması) işlərinin təşkili
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Satınalma prossesinin vaxtında, prosedur və prosseslərə uyğun, ən əlverişli şərtlərlə həyata keçirilməsinə nəzarət edilməsi
- Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanması, onların düzgün daşınması və çatdırılması işini təşkil etməsi, hər hansı bir maneələr olarsa rəhbərliyi məlumatlandırması;
- Görülən işlər barədə gündəlik, həftəlik və aylıq hesabatların birbaşa menecerə təqdim edilməsi.
Tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: müvafiq sahə üzrə 3 ildən az olmayaraq
- Kompüter bilikləri:1C, MS Windows sistemi, Microsoft Office proqramları
- Dil bilikləri: Azərbaycan dili-mükəmməl,rus dili-əla və ingilis dili-əla
- İdxal əməliyatları ilə bağlı hüquqi-normativ sənədlər haqqında məlumat;
- Komanda ilə işləmək bacarığı;
- Effektiv ünsiyyət,çeviklik,məsuliyyətlililk, intizamlıq.
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.
İş şəraiti:
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
Tələblərə uyğun şəxslər CV formalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına, mövzu hissəsinə “Təchizat üzrə mütəxəssis” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.