Çağrı mərkəzinə mütəxəssis

  • Company
  • Elanın qoyulma tarixi: 11.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Biliklər:

  • Ali təhsili olmalıdır.
  • Azərbaycan Respublikasının sığorta qanunvericiliyinin tələblərini bilməlidir.
  • Azərbaycan və Rus dillərini əla (yazı, danışıq) səviyyədə bilməlidir.
  • Kompüter proqramlarından istifadə etməyi bacarmalıdır (MS office-word əla, Excel orta səviyyədə).
  • Kollektivdə sağlam ünsiyyət qurmaq bacarığı olmalıdır.
  • Çağrı mərkəzində iş təcrübəsi olanlara üstünlük verilir.

Bacarıqlar:

  • Ünsiyyətçil
  • Dəqiqlik
  • Məsuliyyətli
  • Operativlik
  • Yenilikçi
  • İnkişafa meyllilik
  • Stresədavamlılıq
  • Ünsiyyət qurma
  • Nəticəyə yönümlülük

Vəzifə öhdəlikləri:

  • Müştəri xidmətləri departamentinin işinin təşkil edilməsi
  • Sığorta hadisələrin tənzimlənməsi üzrə  sənədlərin toplanmasının təmin edilməsi
  • Daxil olan müraciətlərin cavablandırmasının təmin edilməsi
  • Qanunvericiliyin tələbinə uyğun müraciətlərin müvafiq elektron sistemində qeydiyyatının təmin edilməsi
  • Departamentin əsas fəaliyyət istiqamətləri üzrə sənədlərin tamlığının təmin edilməsi
  • Birbaşa cavablandırılması mümkün olmayan mürəkkəb sualların və elektron sistemi vasitəsilə xidmətlərin tətbiqi zamanı yaranmış çətinliklərə dair araşdırılmaya qəbul edilmiş məsələlərlə bağlı müraciətlərin araşdırılması və araşdırıldıqdan sonra cavablandırılmasının həyata keçirilməsinə nəzarət edilməsi
  • Cəmiyyətin səlahiyyətlərinə aid edilmiş məsələlərə dair sualların cavablandırılması, məlumatlandırma və məsləhət xidməti göstərilməsi, aidiyyəti üzrə müraciətlərin qəbulunun həyata keçirilməsi
  • Müraciətlərin daha keyfiyyətli və operativ cavablandırılması istiqamətində tədbirlərin görülməsi

Uyğun namizədlərdən CV-lərini elektron ünvanına “mövzu” hissəsində - vakansiyanın adını qeyd edərək [email protected] göndərmələrini xahiş edirik.