İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Müştərilərin Qaynar xətt və sosial şəbəkələr üzərindən daxil olan sorğularını cavablandırmaq;
- Məhsul və xidmətlər barədə müştərilərə dəqiq məlumat vermək;
- Müştəri müraciətlərini operativ şəkildə yönləndirmək və problemlərin həllinə dəstək olmaq;
- Daxil olan zənglərin qeydiyyatını aparmaq və hesabat hazırlamaq;
- Müştəri məmnuniyyətini təmin etmək və yüksək xidmət standartlarını qorumaq.
Tələb olunan bilik və bacarıqlar:
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus və ya ingilis dili bilikləri üstünlükdür);
- Düzgün diksiyaya sahib olmaq;
- Stressə davamlılıq və operativ qərarvermə bacarığı;
- Müştəriyönümlü düşüncə və komanda ilə işləmə qabiliyyəti;
- Kompüter bilikləri (MS Office, CRM sistemləri).
Tələb olunan təhsil, iş təcrübəsi:
- Ali təhsil;
- Müştəri xidmətlərində iş təcrübəsi üstünlük hesab olunur.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Qaynar xətt operatoru” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.