Satınalma üzrə mütəxəssis

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Yerli və xarici Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması; 
  • Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi; 
  • Qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi; 
  • Yeni alışların təsdiq olunması üçün bir neçə məhsul nümunəsinin təqdim edilməsi; 
  • Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi; 
  • Bazar tendensiyalarını, rəqib strategiyalarını və bazar tədarükçülərini izlənilməsi; 
  • Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanması; 
  • Məhsul hazır olduqdan sonra yükləmə sənədlərinin (packing list) menecerə göndərilməsi və yükləmənin təşkil edilib izlənməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Bazarı təhlil etmək bacarığı və hesabatlılıq;
  • Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış;
  • Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (Excel);
  • Qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları;
  • Məsuliyyətlilik.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil;
  • Satınalması sahəsində ən az 1 il iş təcrübəsi;
  • Retail sahəsində təcrübə üstünlükdür.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.