İşin təsviri
Namizədə olan tələblər:
- Ali təhsil(Biznesin idarə edilməsi, Marketinq və s.);
- Marketinq sahəsində ən azı 3 il iş təcrübəsi olmalı(Avtomobil sahəsində təcrübə üstünlükdür);
- Azərbaycan və ingilis dillərini səlis bilməli(rus dili üstünlükdür);
- Rəqəmsal Marketinq alətlərini bilməli;
- Meta, Google, Tiktok, SEO və digər platformalarda işləmək bacarığı olmalı;
- Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli.
Vəzifə öhdəlikləri:
- Brend üçün Azərbaycan bazarına uyğun marketinq strategiyasının hazırlanması və icrası;
- Brendin premium imicinin formalaşdırılması və inkişaf etdirilməsi;
- Avtomobil təqdimatları, test-drive tədbirləri və sərgilərin təşkili;
- Rəqəmsal marketinqin idarə olunması (Meta Ads, Google Ads, sosial media, vebsayt, influenserlər);
- Ofline marketinq fəaliyyətlərinin koordinasiyası (şourumlar, açıq hava reklamları, PR, tərəfdaşlıqlar);
- Satış komandası ilə birlikdə lead generation və CRM proseslərinin dəstəklənməsi;
- Marketinq büdcəsinin planlaşdırılması və nəzarəti;
- Rəqiblərin, qiymətlərin və müştəri davranışlarının təhlili;
- Aylıq hesabatların və KPI-ların hazırlanması;
- Aylıq post planın öncədən təqdim olunması və təsdiqlənməsi;
- Reklam agentlikləri, media tərəfdaşları və frilanserlərlə iş;
- Qlobal brend standartlarına uyğunluğun təmin edilməsi.
İş şərtlərimiz:
- İş qrafiki: 6 günlük;
- İş saatları: 08:30-17:30.
- İş yeri: Babək pr.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq mütəxəssisi” yazaraq [email protected] ünvanına göndərməkləri
və ya https://careers.ram.az/?vacancy=2205&source=UC_HBS8ZI link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etməkləri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.