Marketinq meneceri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin brendinq strategiyasının hazırlanması və həyata keçirilməsi
  • Müştərilərlə uzunmüddətli münasibətləri gücləndirmək üçün loyallıq proqramının hazırlanması və idarə olunması
  • Bazar araşdırmalarının aparılması, rəqiblərin təhlili və yeni imkanların müəyyənləşdirilməsi
  • Marketing plan və strategiyanın hazırlanması
  • Sosial media və digər marketinq kanalları üzrə strategiyanın qurulması
  • Sosial media reklamlarının yerləşdirilməsi
  • Marketing komandasına və çəkilişlərə nəzarət

Tələblər:

  • Marketinq və İdarəetmə sahəsində minimum 3-5 il təcrübə
  • Sağlamlıq sahəsində təcrübə üstünlükdür
  • Brendinq və loyallıq proqramları üzrə praktiki biliklər
  • Kreativ düşünmə, analitik təhlil və planlaşdırma bacarıqları
  • Yaxşı kommunikasiya və komanda ilə işləmə bacarığı

İş şərtləri:

  • Əməkhaqqı 1000-1500 AZN sabit maaş + performans əsaslı bonus

Uyğun şəxslər CV nümunələrini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Marketinq Menecer” başlığı adı altında göndərə bilərlər.