İşin təsviri
Vəzifə öhdəlikləri
- ERP sisteminin tikinti sahəsinə uyğun konfiqurasiyası və davamlı işlək vəziyyətdə saxlanılması
- Layihə idarəetməsi, smeta, müqavilələr, satınalma, anbar, texnika və maliyyə modullarının tətbiqi və dəstəyi
- İstifadəçi tələblərinin toplanması, biznes proseslərin analizi və ERP üzərində həllərin hazırlanması
- ERP sistemində məlumatların düzgünlüyünə və tamlığına nəzarət
- Mövcud proseslərin avtomatlaşdırılması və optimallaşdırılması üzrə təkliflərin verilməsi
- ERP sistemi üzrə istifadəçilərə təlimlərin keçirilməsi və texniki dəstəyin göstərilməsi
- Yeni modulların və yeniləmələrin test edilməsi və tətbiqi
- ERP sistemi ilə digər proqram təminatları (məsələn: smeta proqramları, HR sistemləri və s.) arasında inteqrasiyanın təmin edilməsi
- Hesabatların hazırlanması və rəhbərliyə analitik məlumatların təqdim edilməsi
- Məlumat təhlükəsizliyi və istifadəçi səlahiyyətlərinin idarə olunması
Tələblər
- Ali təhsil (İT, İqtisadiyyat, Maliyyə, İdarəetmə və ya oxşar sahə üzrə)
- ERP sistemləri ilə minimum 2–3 il iş təcrübəsi (tikinti sahəsində təcrübə üstünlükdür)
- Analitik düşünmə və problem həll etmə bacarığı
- SQL və məlumat bazaları ilə işləmə bacarığı
- Azərbaycan dili – Türk dili arzuolunandır.
- Komanda ilə işləmək və istifadəçilərlə effektiv ünsiyyət bacarığı
Ünvan - Nəsimi rayonu Üzeyir Hacıbəyov küçəsi ev 62 Marine Plaza
Vebsayt www.ccnholding.com
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.