İşin təsviri
                
                
                                
                Əsas vəzifə öhdəlikləri:
	- Debitor və kreditor borclar üzrə aylıq,rüblük üzləşmə aktlarının hazırlanması, göndərilməsi və təsdiqlənməsinin izlənməsi;
 
	- Debitor və kreditor borcların analizi, qalıqların dəqiqliyinin yoxlanılması;
 
	- Uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması üçün əlaqədar şöbələrlə işləmək;
 
	- Rəhbərliyə dövri hesabatlar və analitik məlumatların təqdim olunması;
 
	- Audit yoxlamaları üçün tələb olunan üzləşmə sənədlərinin hazırlanması.
 
Tələb olunan bilik və bacarıqlar:
	- Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);
 
	- Vergi və mühasibat uçotu sahəsində biliklər;
 
	- Analitik düşüncə və detallara diqqət;
 
	- Komanda ilə işləmə bacarığı və məsuliyyətlilik.
 
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
	- Ali təhsil (mühasibatlıq, maliyyə və ya iqtisadiyyat ixtisası üzrə);
 
	- Minimum 2 il iş təcrübəsi.
 
İş şərtlərimiz:
	- İş qrafiki: Tam iş günü (5 gün);
 
	- İş saatları: 09:00-18:00;
 
	- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
 
Biz nə təklif edirik:
	- Əmək bazarında rəqabətli əməkhaqqı;
 
	- Peşəkar komanda mühiti;
 
	- Şirkət hesabına nahar;
 
	- Şirkət hesabına korporativ nömrə;
 
Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Kreditorlar üzrə mühasib/aparıcı mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.