Müştərilərlə İş Şöbəsinin Mütəxəssisi

İşin təsviri

İş şəraiti

  • Şəhər: Bakı
  • İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
  • Əmək haqqı: Razılaşma əsasında

Vəzifə öhdəlikləri:

  • Müştəri tərəfindən telefon və e-mail vasitəsi ilə göndərilən müraciətləri qəbul etmək və sualları cavablandırmaq;
  • Şirkətin ən son yenilikləri və kampaniyaları haqqında məlumat vermək;
  • Müştərinin təklif və iradlarını qəbul edərək lazımı strukturlara yönləndirmək;
  • Qarşıya çıxmış problemləri operativ həll etmək məqsədilə müştərini aidiyyəti struktur və şəxslərə yönləndirmək;
  • Müştərilərin zəng zamanı tələblərini, dəyişikliklərini və istəklərini dəqiqləşdirərək aidiyyəti üzrə yönləndirmək;
  • Görülən işlər üzrə hesabatların hazırlanması;
  • Daxil olan şikayətlərin cavablandırılması üçün müvafiq tədbirlərin görülməsi.

Tələblər:

  • İqtisadiyyat və ya maliyyə sahəsi üzrə ali təhsil;
  • Müştəri ilə ünsiyyət qurma bacarığı;
  • Şifahi və yazılı formada fikirlərini ifadə etmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik və fəallıq;
  • Kompüter proqramları ilə işləmək bacarığı;
  • Azərbaycan dili – mükəmməl, rus dili – mükəmməl, ingilis dili – yaxşı səviyyədə bilmək arzu olunandır;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Nəzakətlilik və peşəkar davranış;
  • Maliyyə sektorunda təcrübə üstünlükdür;
  • Yüksək öyrənmə və qavrama qabiliyyəti.

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu sətrində “Müştərilərlə İş Şöbəsinin Mütəxəssisi” vəzifəsini qeyd etməyi unutmayın.