İşin təsviri
Vəzifə öhdəlikləri
- Əmək müqavilələrinin bağlanması, müqavilələrə dəyişiklik, əmək müqaviləsinə xitam üzrə sənədləşmənin aparılması,
- Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, yenilənməsi və ləğv edilməsi;
- İşçi məlumatlarının sistemə düzgün daxil edilməsi və mütəmadi yenilənməsi;
- Davamiyyət və məzuniyyət cədvəllərinin qurulması;
- Məzuniyyət cədvəlinin daimi nəzarətdə saxlanılması, işçilərin məzuniyyətlərini istifadə etmələrinin təmin edilməsi;
- Təlim və inkişaf prosesinə dəstək verilməsi;
- İnsan Resursları şöbəsinin gündəlik işlərinin icrasında iştirak edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, qaydaya salınması və dəyişikliklərin qeydiyyatının aparılması;
- İşçilərlə bağlı sənədlərin hazırlanması (əmrlər, müqavilələr, razılaşmalar və s.) və təsdiq prosesinin izlənilməsi;
Tələblər
- Ali təhsil: Müvafiq ixtisas (İR idarəedilməsi, Biznesin idarəedilməsi, Menecment, İqtisadiyyat, Maliyyə) üzrə bakalavr dərəcəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – arzuolunandır;
- Kompüter bacarıqları: MS Office – yaxşı, 1C -arzuolunandır;
- Azərbaycan Respublikası Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyi yaxşı səviyyədə bilmək;
- Vaxtın idarə edilməsi, təşkilatçılıq və prioritetləşdirmə bacarıqları.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.