Daxili audit şöbəsinin auditoru / aparıcı auditoru

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Proses və strukturlar üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizmlərinin effektivliyini təhlil etmək;
  • Requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğu qiymətləndirmək;
  • Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək və ya idarə etmək;
  • Aktivlərin idarə olunması və xərclərin effektivliyini qiymətləndirmək;
  • Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını yoxlamaq;
  • Audit müşahidələri, tövsiyələr və tədbirlərdən ibarət hesabatlar hazırlamaq;
  • Audit tövsiyələrinin icrasını izləmək və yoxlamaq;
  • Daxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsinə yönəlmiş layihələrdə iştirak etmək.

Namizədə tələblər:

  • Ali təhsil (Maliyyə, Hüquq, Mühasibat uçotu, Audit, İqtisadiyyat və digər əlaqəli ixtisaslar üzrə);
  • Azərbaycan dili (ana dili), rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Microsoft Office proqramları (xüsusən Word və Excel) üzrə əla biliklər;
  • Minimum 1 illik iş təcrübəsi (daxili audit, risk menecment, daxili nəzarət, maliyyə menecmenti və s. sahələrdə – bank, investisiya şirkəti və ya kənar audit təcrübəsi üstünlükdür);
  • Risklərin qiymətləndirilməsi və analitik təhlil bacarığı;
  • Hesabatların hazırlanması və rəhbərlik qarşısında təqdimat bacarığı;
  • Yüksək analitik və kritik düşünmə, təşəbbüskarlıq, qərəzsizlik, obyektivlik, müstəqillik, ünsiyyət bacarıqları və inkişaf həvəsi;
  • Vətəndaşlıq qüsursuzluğu.

Üstünlük veriləcək namizədlər:

  • Peşəkar sertifikasiyalara (CIA, ACCA, CFA, CISA, COSO, CPA, CFSA, CIMA, DipIFR və s.) malik olanlar;
  • Maliyyə sahəsində – bank, investisiya şirkətləri və ya Big 4 təcrübəsi olanlar;
  • Risklərin idarə edilməsi üzrə təcrübə və CFA, FRM, CERM və s. sertifikatlara sahib olanlar;
  • Data analitika proqramları ilə işləmə bacarığı olanlar.

İş şəraiti:

  • İş günləri: 5 günlük iş qrafiki;
  • Nahar fasiləsi: 13:00–14:00;
  • İş yeri: Bakı şəhəri.

Müraciət qaydası:
Tələblərə cavab verən namizədlər CV-lərini
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu yerində “Daxili audit şöbəsinin auditoru / aparıcı auditoru” başlığı ilə göndərə bilərlər.

ABB-İnvest İnvestisiya Şirkəti QSC tərəfindən digər vakansiyalar