Hüquqşünaslıq fəaliyyəti ilə əlaqədar Şirkətin rəhbəri və ya özünün birbaşa rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək;
Şirkətin rəhbərliyinə imza üçün təqdim edilən əmr, təlimat və hüquqi xarakterli digər sənədlərin layihələrinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
Müqavilə layihələrini hazırlamaq, müqavilələrin ekspertizasını həyata keçirərək qanunvericiliyə uyğunluğunu yoxlamaq və rəy vermək (xüsusən xarici Kontragentlərlə bağlanılan müqavilələrin)
Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə aparmaq, digər şöbələrdən gələn hüquqi məsələlər üzrə sorğuları cavablamaq, bütün növ hüquqi sənədlərin tərtib edilməsində hüquqi dəstək göstərmək;
Daxili Qaydaların layihəsinin hazırlanmasında iştirak etmək, həmin qaydalar üzrə Təqdimatlar hazırlamaq;
Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının iclaslarının protokollarını hazırlamaq və digər bu kimi katiblik funksiyasını həyata keçirmək;
Tələblər
Hüquq sahəsi üzrə bakalavr təhsili (Magistr təhsili üstünlükdür).
Mükəmməl səviyyədə Azərbaycan və İngilis dili;
Korporativ hüquq sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
AR Mülki, Mülki-prosessual, Əmək Məcəllələri üzrə peşəkar biliklərə, AR inzibati və inzibati prosessual qanunvericiliyi və normativ-hüquqi aktları barədə biliklərə malik olmaq;
“Qiymətli Kağızlar Bazarı haqqında” Azərbaycan Respublikası Qanununu bilmək (Kapital bazarını tənzimləyən digər normativ hüquqi aktları bilməsi üstünlükdür);
Layihələr hazırlamaq, hüquqi təhlil aparmaq və katiblik bacarığı.
ABB-İnvest İnvestisiya Şirkəti QSC tərəfindən digər vakansiyalar