İşin təsviri
Vakansiya haqqında məlumat:
- Tabel əsasında işçilərə əmək haqqlarının hesablanmasın və ödənilməsinin təmin edilməsi;
- Ezamiyyət, məzuniyyət, son haqq hesab və.s kimi əmək haqqına bərabər tutulan ödənişlərin hesablanmasının və ödənilməsinin təmin edilməsi;
- Yeni işçilərə əmək haqqı bank kartlarının sifariş olunması;
- DSMF tərəfindən ödənilən uşağın anadan olmasına, uşağa qulluq edilməsinə, əmək qabiliyətinin müvəqqəti itirilməsinə görə və.s kimi müavinatların müvafiq sənədlərinin hazırlanıb elektron hökümət portalı vasitəsilə təqdim olunması;
- Hesablamaların 1C proqramına işlənilməsi;
- Əmək haqqı ilə bağlı vergi, DSMF və statistik orqanlara təqdim olunan hesabatların hazırlanması
Tələblər
- Ali təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
- Mühasibatlıq və maliyyə üzrə ən azı 1 il iş təcrübəsi;
- Maliyyə, mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi və beynəlxalq standartları üzrə məlumatlılıq;
- MS Office və 1C ERP proqramlarının sərbəst istifadəsi;
- Komanda işləmək bacarığı;
- Çeviklik və uyğunlaşma bacarığı;
- Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı.
İş şəraitinin şərtləri
- İş qrafiki: 09:00-18:00;
- İstirahət günü: Həftədə 2 dəfə (Şənbə və Bazar günü )
- Ə/h müsahibə əsasında təyin olunur.
CV-nizi başlıqda "Əmək haqqı üzrə kiçik mühasib" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.