İşin təsviri
Vəzifə haqqında qısa təsvir:
- Şirkətin İnsan Resursları sturukturu, prosedurlaşması, əməliyyatların avtomalaşdırılmasını təmin edir, İR hesabatlarını hazırlayır
Vəzifə öhdəlikləri:
- İnsan Resursları əməliyyat məlumatlar strukturu və axışını analiz etmək və qurmaq
- Perfomans prosesinə nəzarət və lazımlı prosesləri icra etmək
- Aylıq, Rüblük, İllik İR Hesabat və Dashboardlarını hazırlamaq
- Cari prosedurlara nəzər yetirmək və incələmək
- Şirkət məqsəd və hədəflərinə uyğun prosedurlara reviziyalar etmək
- Prosesləri effektivliyi və sistemləşməsi üçün yeni prosedur, form və sənədlər hazırlamaq
- Şirkətin əmək haqqı, dərəcələndirmə dəyişiklikləri və sistemlərini prosedurlara uyğun tənzimləmək
- Avans hesabatlarının hazırlanması
- İR proseslərinin optimallaşdırılması üçün cari əməliyyatları analiz edib, nöqsən və fürsətləri aşkarlamaq, həmçinin həll yolları hazırlayıb icra etmək.
- İR proseslərinin avtomatlaşdırılması üçün proses təkliflərini hazırlamaq və icra etmək.
- Şirkət daxilində Performansın ölçülməsi üçün sorğuları hazırlamaq, tətbiq etmək və analiz etmək.
- Şirkətin İnsan Resursları siyasəti istiqamətində müxtəlif İdarəetmə inkişaf modelləri və sistemləri hazırlamaq
- İşçi heyətindən əldə ediləcək məlumatlar üçün sorğular hazırlamaq
- Şirkət mədəniyyətinin inkişafı üçün müxtəlif təkliflər irəli sürmək
Namizədə tələblər:
- Ali təhsil: Biznesin idarəedilməsi, Kommersiya, İqtisadiyyat, Menecment və oxşar sahələr üzrə
- Müvafiq vəzifədə 2-3 il iş təcrübəsinə üstünlük verilir
- Azərbaycan dilini sərbəst bilmək (Rus və İngilis dili biliyi üstünlükdür);
- MOSE, PL-300 sertifikatlarının olması üstünlükdür.
Texniki bacarıqlar:
- Microsoft Excel üzrə əla səviyyədə biliklər
- Power BI üzrə yaxşı səviyyədə biliklər
- SQL üzrə orta səviyyədə biliklər
- VBA üzrə yaxşı səviyyədə biliklər
- Python bilikləri üstünlükdür
- SAP üzrə biliklərin olması arzuolunandır
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.