Satınalma mütəxəssisi

  • ASPM
  • Elanın qoyulma tarixi: 11.02.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali texniki təhsil;
  • İstehsal sahəsində 2 - 3 il iş təcrübəsi ;
  • Microsoft Office proqramlarını bilməli;
  • Rus və ingilis dillərini bilməsi;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti olmalı;

Hansı işləri görəcəksiniz :

  • Təchizat ehtiyaclarını proqnozlaşdırılması, proqnozlaşdırılan satınalma ilə işin icrası zamanı meydana çıxan fərqlərin araşdırılması və aradan qaldırılması;
  • Tələb olunan məhsul/xidmət üzrə bazar araşdırmasının aparılması və analiz edilməsi;
  • Tədarükçü şirkətlərlə danışıqlar və yazışmaların həyata keçirilməsi;
  • Tədarükçü şirkətlərin fəaliyyətlərinin analizinin aparılması;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Etibarlı tədarükçülər bazasının yaradılması və idarə edilməsi və yenilənməsi ;
  • Satınalma prosesinin prosedurlara uyğun formada həyata keçirilməsi;
  • Risklərin minimallaşdırması məqsədi ilə müqavilə şərtlərinin analizinin aparılması;
  • Şirkətdaxili xərclərin azaldılma siyasətinin həyata keçirilməsi;
  • Strukturlardan gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirilməsi, satınalma sifarişlərinin hazırlanması və müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
  • Qüsurlu və ya qəbul edilməsi mümkün olmayan yeni malların, xammalın və ya xidmətlərin təchizatçılar ilə müzakirə edilməsi və problemin aradan qaldırılması üçün islahedici və qabaqlayıcı tədbirlərin görülməsi;
  • Sənədləşmə işlərinin (təkliflərin yığılması və qiymət cədvəllərinin hazırlanması) həyata keçirilməsi.
  • Tapşırıqların müəyyən edilmiş müddətlərdə görülməsi və s.

Əlavə məlumatlar :

  • Əmək haqqı razılaşma əsasında; 
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi
  • İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə mütəxəssis (aparıcı mütəxəssis)” elektron poçt ünvanına göndərmələri xahiş olunur