İşin təsviri
Tələblər:
- Sahə üzrə 1-3 il iş təcrübəsi olmalı;
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməli;
- İşgüzar, məsuliyyətli və yüksək davranış keyfiyyətlərinə malik olmalı;
- Standartların tələbinə uyğun işləməli;
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı;
- Keyfiyyət standartları və sənədləri haqqında məlumatlı olmalı;
- Sahə üzrə peşəkar kvalifikasiya sertifikatlarının olması üstünlük hesab ediləcək.
Görəcəyiniz işlər:
- Keyfiyyətə nəzarət məlumatlarının statistik təhlilini aparmaq, keyfiyyətə nəzarət sistemində mövcud problemlərin aşkar edilməsi;
- İstehsalat prosesinin bütün mərhələlərində və ya növbədə yarımfabrikatların və hazır məhsulların idarə olunması və onların keyfiyyətinə nəzarət edilməsi;
- İstehsal edilən məhsulun standartlara uyğun nəzarət olunan ölçü-parametrləri və nəzarət qaydalarından, texniki ölçmə avadanlıq, vasitə və alətlərindən istifadə edilməsi;
- Hazır məhsulların və yarımfabrikatların fiziki xarici qüsurlarının əsas əlamətlərinə görə sinifləşdirilməsi;
- Sınaq laboratoriyasında aşkar edilmiş uyğunsuzluqlarla bağlı düzəlişedici və qabaqlayıcı fəaliyyət hesabatlarının son vəziyyətlərini izləmək və edilən dəyişiklikləri yoxlamaq;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi.
Əlavə məlumatlar:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mütəxəssis/Aparıcı mütəxəssis (Keyfiyyətə nəzarət üzrə)” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.