Çilingər hidravlik

  • ASPM
  • Elanın qoyulma tarixi: 22.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Orta təhsilli (Ali texniki təhsil arzuolunandır);
  • Analoji sahədə ən azı 1-3 il iş təcrübəsi;
  • Hidravlik və mühərrik sistemləri üzrə təcrübəsi;
  • İş planlama və təşkil etmə bacarığı olan;
  • Məsuliyyət, düzgünlük, işdə dəqiqlik.

Hansı işləri görəcəksiniz:

  • Boşdayanmalar zamanı avadanlığın profilaktik təmirini yerinə yetirmək;
  • Ehtiyat hissələrinin alınması üçün sifariş tərtibatında iştirak etmək;
  • Yağ nasoslarının  təmizlənməsini və lazım olarsa, dəyişdirilməsini  təmin etmək;
  • Hidravlika sistemini verilən təzyiqə və yağ sərfinə uyğun tənzimləmək;
  • Yağ filtrlərini vaxtlı-vaxtında yuyub-təmizləmək;
  • Avadanlığın stabil işləməsini nəzarətdə saxlamaq.

Əlavə məlumatlar:

  • Əmək haqqı razılaşma əsasında; 
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
  • İş vaxtı: növbəli iş;
  • İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Çilingər hidravlik” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.