Ofis meneceri

  • ASPM
  • Elanın qoyulma tarixi: 07.10.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər :

  • Ali təhsilli;
  • Analoji sahədə ən azı 1-2 illik iş təcrübəsi olan;
  • Azərbaycan  dilində sərbəst danışmalı və yazmalı, ingilis dilini sənədləşmə səviyyəsində bilməli, Rus dili üstünlükdü;
  • Microsoft Office proqramlarında işləmək bacarığı olmalı; 
  • Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, operativlik, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı;

Hansı işləri görəcəksiniz :

  • Rəhbərin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrasına nəzarət;
  • Rəhbər şəxslər üçün iş səfərlərinin təşkil edilməsi və biletləri sifarişi;
  • Şirkətə gələn qonaqların lazımi qaydada qarşılanması, yönləndirilməsi;
  • Daxil olan zəngləri qəbul etmək, sorğuları cavablandırmaq və ya ehtiyaca uyğun olaraq müvafiq şəxslərə yönləndirməyi təmin etmək;
  • Sənədlərin vaxtında, düzgün və səmərəli hazırlanmasını və onların tələb olunan ünvanlara/şəxslərə göndərilməsini təmin etmək;
  • Ofisdə inzibati işlərlə bağlı məsələlərin və yaranmış problemlərin həllinə dəstək göstərmək, işçilərin ofis ləvazimatları ilə təmin edilməsində iştirak etmək;
  • Təşkilati tədbirlərin həyata keçirilməsində məsul şəxs olaraq aktiv koordinasiya işlərini icra edə bilmək;
  • İclas otağının və cavabdeh olduğu digər iş sahələrinin iş üçün hazır vəziyyətdə saxlamaq.

Əlavə məlumatlar :

  • Əmək haqqı razılaşma əsasında; 
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi
  • İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.