İşin təsviri
Təsvir:
- Layihə büdcələri və müqavilələrinə uyğun olaraq elektrik işlərinin həcmlərini, BOQ-ları (iş həcmləri cədvəlləri) və xərclərə nəzarət hesabatlarını hazırlamaq, izləmək və yeniləmək.
- Elektrik işləri üzrə planlaşdırılmış və faktiki icranı müqayisəli şəkildə izləmək, həftəlik və aylıq icra (progress) hesabatlarını hazırlamaq.
- Planlama komandası ilə koordinasiyada elektrik işləri üzrə qrafiklərin, qısamüddətli (look-ahead) planların və işçi qüvvəsi/avadanlıq proqnozlarının hazırlanması və yenilənməsinə dəstək vermək.
- Material sərfiyyatını, itkiləri (wastage) və məhsuldarlıq göstəricilərini izləyərək xərclərin səmərəliliyini və büdcə nəzarətini dəstəkləmək.
- Elektrik işləri ilə bağlı variasiya sifarişləri, iddialar (claims) və xərclərə təsirin qiymətləndirilməsinə dəstək vermək.
- Sahə mühəndisləri və subpodratçılarla koordinasiya edərək dəqiq sahə icra məlumatlarını toplamaq və yerinə yetirilmiş iş həcmlərini yoxlamaq.
- Subpodratçıların ödəniş müraciətlərini, ölçmə cədvəllərini və elektrik işləri üzrə hesab-fakturaları nəzərdən keçirmək və yoxlamaq.
- Elektrik işləri üzrə pul axını (cash flow) proqnozlarının və tamamlanmaya qədər xərclər (cost-to-complete) hesabatlarının hazırlanmasına dəstək vermək.
- Xərclərə və planlamaya təsir edən təsdiqlənmiş çertyojlar, dəyişikliklər və sahə təlimatları üzrə yenilənmiş qeydləri aparmaq.
- Koordinasiya və icra iclaslarında iştirak edərək elektrik işləri üzrə xərclər və planlama ilə bağlı məlumatlar təqdim etmək.
- Layihənin təhvil-təslimi mərhələsində xərclər üzrə qeydlərin, yekun iş həcmlərinin və icra məlumatlarının düzgün şəkildə sənədləşdirilməsini təmin etməklə dəstək vermək.
Tələb olunan bilik və bacarıqlar:
Təhsil:
- Elektrik Mühəndisliyi və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi.
Peşəkar bilik və bacarıqlar:
- Tikinti layihələrində elektrik işləri üzrə xərclərə nəzarət (cost control),
- İş həcmlərinin hesablanması (quantity surveying),
- İcra gedişatının izlənməsi (progress monitoring),
- Planlama komandası üçün dəstək və hesabatların hazırlanması.
İş təcrübəsi:
- Tikinti layihələrində Elektrik Texniki Ofis, Xərclərə Nəzarət və ya Planlama sahəsində minimum 5 il iş təcrübəsi.
Dil və kompüter proqramları bilikləri:
- MS Excel və MS Office proqramlarında yüksək səviyyədə bilik,
- Primavera P6 və/və ya MS Project bilikləri üstünlükdür,
- İş həcmlərinin yoxlanılması üçün AutoCAD bilikləri üstünlükdür,
- Azərbaycan dili – səlis,
- İngilis dili – orta səviyyə.
Vakansiya haqqında:
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.