Laboratoriya müdiri

  • ASPM
  • Elanın qoyulma tarixi: 18.12.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Sahə üzrə 3-5 il iş təcrübəsi olmalı;
  • Metallurgiya  sahəsində ali təhsili olanlara üstünlük verilir.
  • Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməli;
  • Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı;
  • İşgüzar, məsuliyyətli və yüksək davranış keyfiyyətlərinə malik olmalı.

Bilməlidir:

  • Məhsulların Dövlət Atestasiya və sertifikasiya sistemini;  
  • Kimyəvi analiz və mexaniki sınaqların aparılması üsullarını və onlara aid normativ sənədlərini ;
  • Kimyəvi analiz və sınaq vasitələrinin kalibrasiya olunması qaydalarını;
  • Məhsul istehsalının texnoloji ardıcıllığını və keyfiyyət göstəricilərini;
  • Əsas sexlərdə istismar olunan texnoloji avadanlıqların istismar güclərini;

Görəcəyiniz işlər :

  • Laboratoriyada əridilən polad markaların kimyəvi analizi və armatur profillərin mexaniki sınaqlarının aparılmasını təşkil etmək;
  • Laboratoyadaki kimyəvi analiz və mexaniki sınaq vasitələrinin Dövlət yoxlamalarını, atestasiyadan keçmək və sertifikasiya olunmasını nəzarətdə saxlamaq;
  • Laboratoriyada çalışanlar arasında işlərin düzgün bölüşdürülməsini təşkil etmək;
  • Müəssisə rəhbəliyi tərəfindən keçirilən texniki müşavirələrdə, rəqabət xüsusiyyətli məhsullar istehsal edilməsi işlərində və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması tədbirlərində fəal iştirak etmək;

 Əlavə məlumatlar :

  • Əmək haqqı razılaşma əsasında;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi;
  • İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyətə nəzarət şöbəsi – Laboratoriya müdiri yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.