İşin təsviri
Tələblər:
- Maliyyə, mühasibatlıq və ya İqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli;
- Analoji sahədə 1-2 illik iş təcrübəsi;
- MS Office proqram bilikləri;
- Logo və ya digər mühasibat proqram bilikləri;
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq baxımından yüksək bacarıqlara sahib olmalı.
Hansı işləri görəcəksiniz :
- E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi;
- Təhvil-təslim aktlarının hazırlanması;
- Qarşılıqlı üzləşdirmə aktlarının hazırlanması;
- Bank ödəniş tapşırıqlarının yazılması;
- Köhnə və yeni dövr üçün əvəzləşmələrin aparılması;
- Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi hazırlanması (Vahid bəyannamə);
- Ödəmə mənbəyində tutulan vergilərin hesablanması, tərtibi və ödənilməsi (ÖMV);
- Gündəlik online kargüzalığın (gələn məktubaların) izlənməsi;
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların aparılması;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini təmin etməli və s.
Əlavə məlumatlar :
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühasibatlıq şöbəsi - Mühasib” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.