Mühasib

İşin təsviri

İş şəraiti

  • Ünvan: Bakı şəhəri, Babək proskekti 38A
  • Əmək haqqı: 800-1000 Azn (namizədin bilik və bacarığından asılı olaraq yuxarı da ola bilər)
  • İş rejimi: həftədə 5 gün tam iş vaxtı, şənbə günü qısaldılmış iş vaxtı

Tələblər:

  • Ali təhsil (maliyyə-mühasibatlıq, iqtisadiyyat üzrə)
  • Mühasibatlıq sahəsində azı 1 il iş təcrübəsi
  • 1C 8.3, MS Office (Excel, Word, Outlook) proqramlarında işləmə bacarığı
  • e-taxes, emas, e-gov, internet bankinq və digər portallardan istifadə bacarığı
  • İngilis və rus dillərini orta səviyyədə bilmək
  • ACCA F3 sertifikatının olması arzuolunandır

Vəzifə öhdəlikləri:

  • Elektron-qaimələrin, hesab-fakturaların tərtib edilib göndərilməsi
  • Ölkədaxili və ölkəxarici ödənişlərin icra edilməsi
  • Debitor və kreditorlarla olan üzləşmə aktları hazırlamaq və göndərmək
  • Təchizatçılardan daxil olan təhvil-təslim sənədlərini yoxladıqdan və aidiyyəti üzrə imzalatdıqdan sonra ödənişlərinin həyata keçirilməsi
  • Aylıq əmək haqqının düzgün hesablanması
  • Gündəlik əməliyyatların (alış, satış, ödənişlər, material silinmələri, əmək haqqı, avans hesabatları və s.) 1C 8.3 proqram təminatına işlənməsi
  • Bütün növ mühasibatlıq sənədlərinin işlənməsi və qorunub saxlanması, müvafiq qovluqlara yerləşdirilməsinin təmin edilməsi
  • Malların, əsas vəsaitlərin inventarizasiyasında iştirak
  • Rəhbərliyin verdiyi digər tapşırıqların vaxtında və düzgün icra edilməsi

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.